Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində son tamamlanma işləri ilə tanış olub

13 fevral 2020 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda mədəniyyət sahəsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan sahələrdəndir. Bunu ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək qayğısı sayəsində son illər ölkəmizdə yeni mədəniyyət müəssisələrinin inşa edilməsindən, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunmasından, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsindən, mədəniyyət müəssisələrinin sayının ildən-ilə artmasından aydın şəkildə görmək olur.
Sevindirici hal isə odur ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da istər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı diqqət mərkəzindədir. Dövlətimiz tərəfindən qazaxlılara, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə olan qayğının nəticəsidir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmir olunaraq yenidən qurulur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində olub, son tamamlanma işləri ilə maraqlanıb. Görülən bütün işlərin keyfiyyətlə aparılmasını qeyd edən rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini də verib.
Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.

Keçidlər