Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində görülən son tamamlanma işləri ilə tanış olub

18 fevral 2020 | 16:00

Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən yüksək dövlət qayğısı əhatə olunan sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Son illər ölkəmizdə yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi, mədəniyyət müəssisələrinin sayının ildən-ilə artması haqqında söhbət açdığımız dövlət qayğısının bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, Qazaxda da istər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı yüksək səviyyədədir. Dövlət qayğısı olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmir olunaraq yenidən qurulması musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə ən böyük töhfədir.  
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində olub, aparılan son tamamlanma işləri ilə maraqlanıblar. Rayon rəhbərliyinə məlumat verilib ki, bütün əsas işlər yekunlaşıb. Hazırda isə məktəb binasının xarici fasadında rənglənmə işləri həyata keçirilir. Görülən bütün işlərin keyfiyyətlə aparılmasını qeyd edən rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini də verib.
Məlumat olaraq o da qeyd olunub ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.

Keçidlər