Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

18 fevral 2020 | 16:00


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Aşağı Əskipara kənd sakini Məhərrəmova Şölə Haqverdi qızının oğlunun işlə təmin olunması barədə müraciətinə cavab olaraq “Saloğlu” fərdi mebel firmasında, şəhər sakini Əliyeva Nahidə Hüseyn qızının eyni adlı müraciətinə isə rayonda fəaliyyət göstərən “Avey” restoranında müvafiq iş yerləri təklif olunub.
Şəhər sakinləri Əliyeva Adilə Bayraməli qızının, Əhmədova Kamilə Şaiq qızının, Daş Salahlı kənd sakini Məmmədova Nahidə Ələddin qızının, Cəfərli kənd sakini Məmmədov Rişad Əli oğlunun, Barxudarlı kənd sakini Abdullayeva Əminə Kamran qızının, Aşağı Salahlı kənd sakini Balayeva Asimə Hüseyn qızının, Xanlıqlar kənd sakini İsmayılova Həbibə Nəriman qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər