Şriftin ölçüsü :

Saytın rəngi :

3 dekabr- Beynəlxalq Əlillər Günü qeyd olunmuşdur

03 dekabr 2015 | 16:00

Qazax rayonunda 3 dekabr- Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir. Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Böyük Vətən, Qarabağ Müharibəsi, Əmək əlilləri, rayonda fəaliyyət göstərən Əlil Cəmiyyətlərinin üzvləri,  müxtəlif səbəblərdən əlil olmuş vətəndaşlar dəvət olunmuşdur. Tədbiri Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yasin Mürsəlov açaraq  əlilləri salamlamış, onlara uzun ömür və möhkəm cansağlığı arzulamışdır. Bildirmişdir ki, BMT-nin təşəbbüsü ilə dünya miqyasında keçirilən bu gün Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Bu günün elan olunmasının əsas məqsədi əlillərin cəmiyyətin həyatında iştirakına nail olmaqdır. Azərbaycanda əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir, onların sosial təminatının daha da yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün həmin siyasət möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Azərbaycanda əlillərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası ildən-ilə daha da güclənir.  Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev tədbirdə çıxış edərək əlilləri, fiziki cəhətdən sağlamlığında problem olan insanları 3-dekabr Beynəlxalq Əlillər Günü münasibətilə təbrik etmiş, onlara ölkə və rayon rəhbərliyi tərəfindən göstərilən diqqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə daha da yaxşılaşmışdır. Sonra Fərman Nağdalıyev ölkə prezidenti cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışmış, bu istiqamətdə Qazax Qazax rayonunda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının sədri  Xasay Balayev, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətinin Qazax rayon təşkilatının sədri  Ayət Hüseynov çıxış edərək əlillərə göstərilən diqqət və qayğıdan danışmışlar. Həmin diqqət və qayğıya  görə bütün əlillər adından ölkə prezidenti  cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.  Tədbir əyləncəli proqramlarla nahar süfrəsi ətrafında davam etmişdir.

Keçidlər