Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Son 4 ilə yaxın bir müddətdir ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin ana xəttini təşkil edən vətəndaş amili Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Görülən bütün işlərin kökündə vətəndaş mövqeyi dayanır, atılan hər bir addımda vətəndaşların istəyi, onların müraciəti ön plana çəkilir. Bu gün tam əminliklə söyləyə bilərik ki, qazaxlılar ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrin Qazaxda da olduğu kimi icra olunmasının şahidi olur. İcra başçısının fəaliyyətə başladığı ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da bunun bariz nümunəsidir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Çaylı kənd sakini Mərdalıyeva Əfsanə Sirac qızının, İkinci Şıxlı kənd sakini Musayev İlham Səməndər oğlunun və şəhər sakini Nəbiyeva Rəna Ramiz qızının müxtəlif səpkili müraciətlərini müvafiq olaraq cavablandırıb.