Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüşdə qaldırılan daha bir məsələ müsbət həllini tapır

29 fevral 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, Azərbaycanda dövlət siyasətinin ana xəttini vətəndaş amili təşkil edir. Həyata keçirilən bütün işlərin kökündə vətəndaşların mövqeyi, onların istəyi dayanır.
4 ilə yaxın bir müddətdir ki, ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da olduğu kimi icra olunur. Rəhbər təyin olunduğu ilk gündən icra başçısının iş fəaliyyətinin əsasını vətəndaş amili təşkil edir. İstər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi səyyar görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi bunu əyani şəkildə sübut edir.
Dəmirçilər kəndində keçirilən səyyar görüş zamanı Dəmirçilər kənd tam orta məktəbin idman müəllimi Kərimov Məzahir Qəşəm oğlunun kənddə güləş zalının tikintisi ilə bağlı müraciətinin müsbət həllini tapması onu göstərir ki, rayon rəhbərliyi görüş zamanı qaldırılan hər bir məsələyə həssaslıqla yanaşır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dəmirçilər kəndində olub. Rayon rəhbəri kənddə köhnə tikilidə fəaliyyət göstərən güləş zalının əsaslı şəkildə yenidən qurulması istiqamətində tapşırıq və tövsiyələrini verib, işlərə başlanılmasını qeyd edib.
M.Kərimov onun müraciətini nəzərə alıb güləş zalının tikintisinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Vətəndaşlara göstərilən dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər