Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıllaşdırma marafonu” çərçivəsində Qazax rayonunda ağacəkmə kompaniyası davam edir

07 dekabr 2015 | 16:00

Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse–prezidenti, İDEA İctimai Birliyinin  rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə böyük uğurlar qazanılıb.
İDEA İctimai Birliyi təsis edildiyi gündən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyası çərçivəsində ölkə ərazisində milyonlarla ağac əkilib. Bu proses hazırda da “Yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində  ölkəmizdə uğurla davam edir.
“Yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Qazax rayonu İcra Hakimiyyəti tərəfindən hazırda ağacəkmə kompaniyası uğurla davam etdirilir. Növbəti aksiya  Bakı-Sınıq Körpü magistral avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində və müxtəlif yaşayış massivlərində keçirilib. Aksiyada Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi  üzrə nümayəndəlikləri, Mənzil-Kommunal Təsərrüfatı  Birliyinin işçiləri və sakinlər iştirak etmişlər. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış və abadlıq işləri görülmüşdür. Yüzlərlə insanın iştirak etdiyi aksiya zamanı 4 mindən çox eldar şamı, küknar və müxtəlif meyvə ağacları əkilmişdir. 
Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır və insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir. Mövsümün sonuna qədər bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər