Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb

05 mart 2020 | 16:00

Xəbər verdiyimiz kimi, Qazaxda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb. İşlərə də ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsindən start verilib. 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidə görülən işlər sürətlə davam etdirilir. Tam əminliklə deyə bilərik ki, bu layihə çərçivəsində qısa bir vaxtda Qazax respublikamızın iri şəhər və rayonlarında olduğu kimi, yeni görkəm alaraq ölkəmizin abad və müasir rayonlarından birinə çevriləcək.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, binaların həyətində bardürlər düzülərək səkilər yaradılıb. Həmişəyaşıl, dekorativ gül kolları və qazon otu əkilərək park salınması üçün torpaq qatının hazırlanması başa çatıb. Salınmış parkın suvarılması üçün su xətti də çəkilib. Hazırda isə həmişəyaşıl gül kolları əkilir. Həmçinin məhəllədə olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınıb. Gecə işıqlanması üçün əlavə işıq şarları quraşdırılıb. Küçə boyu məhəllədə olan ağaclar budanaraq səliqəyə salınıb. Ən sonda isə binaların qarşısına və lazım olan hissələrə asfalt vurulacaq. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz binaların qarşısı və ətraf ərazi yeni görkəm alaraq “Abad məhəllə” adı altında rayonumuzun ünvanına daxil olacaq.
İstər “Abad məhəllə” layihəsinin icrasını, istərsə də yaşadıqları ərazidə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən bina sakinləri həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon sakinləri olaraq hər zaman razılıq hissi ilə qarşılayırlar.

Keçidlər