Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Şıxlı kəndində yeni məktəb binasının inşası davam edir

07 mart 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılan sahələrdən biri məhz təhsil sahəsidir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na yeni məktəb binalarının tikintisinin və ya əsaslı təmirinin salınması, məktəblərin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı bəndlərin ayrılması Azərbaycanda təhsilin hər zaman prioritet sahə olmasından xəbər verir. Sevindirici hal isə odur ki, təhsilin inkişafı istiqamətində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də mühüm əhəmiyyət daşıyır. Ən əsası da bu layihənin icrası təkcə paytaxt Bakıda məhdudlaşmır, respublikamızın bütün bölgələrini əhatə edir.
İstər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin təhsil sahəsinə olan dövlət qayğısının hər an hiss olunduğu rayonlardan biri də Qazax rayonudur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması da bunun bariz nümunəsidir. Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Respublika Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamı da bir daha onu göstərdi ki, Azərbaycan dövləti və ölkə rəhbəri gələcəyimiz olan uşaqların təhsilini həmişə ön plana çəkir.
Xəbər verdiyimiz kimi, həmin Dövlət Proqramında nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Heydər Əliyev Fondu tərəfindən məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur.
2 mərtəbədən ibarət olan yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Belə ki, zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 100 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu stansiyası, qazanxana da inşa ediləcək. Həmçinin idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da şagirdlərin ixtiyarına veriləcək. Yeni inşa olunacaq binanın özül hissəsi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Bir neçə günə isə hörgü işlərinə başlanılacaq.
Məlumat üçün qeyd edək ki, rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulur. Təhsil Nazirliyi tərəfindən isə şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəb üçün yeni bina inşa olunur.

Keçidlər