Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan kinoteatrında “Yarımçıq xatirələr” bədii filminin nümayişi olmuşdur

09 dekabr 2015 | 16:00

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin Qazaxdakı “Azərbaycan”  kinoteatrındakı yeni kino-zalın fəaliyyətinin bərpa edilməsi və həmin zalda “Yarımçıq xatirələr” adlı  bədii filmin nümayiş olunması  haqqında 04 dekabr 2015-ci il tarixli, 233-e nömrəli əmr imzalamışdır. Qazaxda cənab nazirin göstərilən əmrinin icrası ilə bağlı mərasim keçirilmişdir.  Mərasimdə Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova açmış və tədbir haqqında mərasim iştirakçılarına məlumat vermişdir.
Nazirliyin Kinomatoqrafiya şöbəsinin məsul işçisi Almaz Sultanzadə çıxışında “Azərbaycan” kinoteatrında kino-zalın fəaliyyətinin bərpa olunması, “Yarımçıq xatirələr” bədii filminin ərsəyə gəlməsi, gənclərdə vətənpərvərlik hissinin formalaşmasında bu cür filmlərin rolundan danışmışdır. Həmçinin qeyd etmişdir ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında vənpərvərlik mövzusunda bir çox filmlər çəkilmişdir. Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin hər zaman yad edilməsi, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə bu cür filmlərin bölgələrdə də nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
Filmdə baş rollarda çəkilən aktyorlardan Bəhruz Vaqifoğlu və Şamil Süleymanov çəkiliş zamanı xatirələrindən, filmin uğurlu alınması üçün var qüvvələri ilə çalışmalarından söhbət açmışlar.
Sonda “Yarımçıq xatirələr” bədii filminə baxış keçirilmişdir. Film tamaşaçılara kövrək hisslər və təsirli anlar yaşatmışdır.

Keçidlər