Şriftin ölçüsü :

Saytın rəngi :

“Abad məhəllə” layihəsi çərçivəsində görülən işlər sürətlə davam etdirilir

11 mart 2020 | 16:00

Qazaxda su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlər sürətlə davam etdirilir. 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən start götürən quruculuq işləri bina sakinləri ilə yanaşı, rayon ictimaiyyəti tərəfindən də razılıq hissi ilə qarşılanır. Bu layihə çərçivəsində Qazax rayonunun yeni görkəm almasını, ölkəmizin abad və müasir rayonlarından birinə çevrilməsini sakinlər yüksək qiymətləndirirlər. Qazaxda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də “Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, hazırda binaların qarşısına və ətraf ərazilərdə lazım olan hissələrə asfalt vurulur. Binaların həyətində tikilmiş xeyir-şər evində rənglənmə işləri görülür. Bundan başqa, binaların həyətində bardürlər düzülərək səkilər yaradılıb. Həmişəyaşıl dekorativ gül kolları əkilərək park salınıb. Salınmış parkın suvarılması üçün su xətti çəkilib. Məhəllədə olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Gecə işıqlanması üçün əlavə işıq şarları quraşdırılıb. Küçə boyu məhəllədə olan ağaclar budanaraq səliqəyə salınıb. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz binaların qarşısı və ətraf ərazi yeni görkəm alaraq “Abad məhəllə” adı altında rayonumuzun ünvanına daxil olur.

Keçidlər