Qazaxda yanacaqdoldurma məntəqələrində koronavirus əleyhinə dezinfeksiya işləri görülüb
Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.
Növbəti dezinfeksiya işləri rayonun Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Çaylı kəndlərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində aparılıb. “Avey”, “Turan”, “Lukoil”, “Stoil”, “Hikmət-87”, “Uğur”, “Əhməd”, “Kür”, “Tur.D” və “Nur” adlı yanacaqdoldurma məntəqələri Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Qeyd edək ki, dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.