Qazaxda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir
Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.
Növbəti dezinfeksiya işləri şəhərdə "Gillik” adlandırılan ərazidə Ə.Şıxlinski küçəsində yerləşən hər biri 5 mərtəbə, 4 blokdan ibarət 50 mənzili olan 4A və 5 saylı, 24 ailəlik 4 mərtəbəli, 2 bloklu 4A, həmin ərazidə məcburi köçkünlər üçün tikilmiş 4 mərtəbəli, 2 bloklu, keçmiş Kənd Təsərrüfatı Texnikumuna məxsus olan 5 mərtəbəli, 2 bloklu (oxumaq-oxumaq adlanan), Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 4 bloklu 114 saylı çoxmənzilli yaşayış binalarının bloklarında, eləcə də Ə.Şıxlinski küçəsində 4 və 5 saylı binaların həyətində olan xeyir-şər evlərində, digər binaların həyətində olan söhbətgahlarda və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində “Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən mərkəzi bazarda da koronavirus əleyhinə dezinfeksiya işləri həyata keçirilib.
İstər çoxmənzilli binaların blokları, ətraf ərazi, istərsə də şəhərin mərkəzində yerləşən bazar Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
Ə.Şıxlinski küçəsi 4 saylı bina
Ə.Şıxlinski küçəsi 4A saylı bina
Ə.Şıxlinski küçəsi 5 saylı bina
Ə.Şıxlinski küçəsi 4 mərtəbəli 24 ailəlik bina
Keçmiş Kənd Təsərrüfatı Texnikumunun binası
H.Əliyev prospekti 114 saylı bina
Mərkəzi bazar və ətraf ərazi