Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri görülüb

28 mart 2020 | 16:00

Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri bu gün də davam etdirilib.
Növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində 2 mərtəbəli 3 bloklu 81, 2 mərtəbəli 1 bloklu 83, 2 mərtəbəli 2 bloklu 171, 5 mərtəbəli 4 bloklu 173 və 175, 9 mərtəbəli 2 bloklu 179, Azadlıq küçəsində 5 mərtəbəli 4 bloklu 208A, 5 mərtəbəli 6 bloklu 208 və 206A saylı çoxmənzilli yaşayış binalarının bloklarında, eləcə də 206A saylı binanın həyətində olan xeyir-şər evində və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb. Çoxmənzilli binaların blokları, eləcə də ətraf ərazi Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Şəhərin S.Vurğun, M.Ə.Rəsulzadə, Bakı və Azadlıq küçələrində isə maşın vasitəsilə dezinfeksiya işləri görülüb.
Qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

H.Əliyev prospekti 81 saylı bina

H.Əliyev prospekti 171 saylı bina

H.Əliyev prospekti 173 saylı bina

H.Əliyev prospekti 175 saylı bina

H.Əliyev prospekti 179 saylı bina

Azadlıq küçəsi 206A saylı bina

İsmayıl Şıxlı adına park

S.Vurğun küçəsi

M.Ə.Rəsulzadə küçəsi

Azadlıq küçəsi

 

 

 

 

Keçidlər