Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri bu gün də davam etdirilib

30 mart 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlərlə yanaşı, Azərbaycanda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələbləri qeyd-şərtsiz yerinə yetirilərək ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində zəruri işlər görülür.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılır, verilən tapşırıq və tövsiyələr birmənalı şəkildə yerinə yetirilir. 
Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri bu gün də davam etdirilib.
Növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində yerləşən birmərtəbəli 92,94,96,98,100,102,104,109,115,117,117A,117B saylı həyət evləri, Bakı küçəsində yerləşən 5 mərtəbəli 3 bloklu 1 saylı, 5 mərtəbəli 4 bloklu 2 saylı, keçmiş əyrici fabrikin bağçası üçün nəzərdə tutulan 2A saylı, Azadlıq küçəsində yerləşən hər biri 2 mərtəbəli 3 bloklu 32,33,34 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 2 mərtəbəli 1 və 2 bloklu 42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarının bloklarında, eləcə də ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Şəhərin Heydər Əliyev prospektində, M.P.Vaqif, M.V.Vidadi, Z.Tağıyev, Ə.Dilbazi, M.Carçıyev, Nizami, H.Arif, M.Hüseyn, Ə.Seyidov küçələrində isə maşın vasitəsilə dezinfeksiya işləri görülüb.
Çoxmənzilli binaların blokları, eləcə də ətraf ərazi, şəhərdəki küçələr Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır.
Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

Azadlı küçəsi 32

Azadlıq küçəsi 33

Azadlıq küçəsi 34

Bakı küçəsi 1 

Bakı küçəsi 2 

Heydər Əliyev pr.109 

H.Əliyev prospekti 102

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

H.Əliyev prospekti 104

H.Əliyev prospekti 115

N.Nərimanov yaşayış massivi 42 saylı bina

N.Nərimanov yaşayış massivi 43 saylı bina

N.Nərimanov yaşayış massivi 44 saylı bina

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.Nərimanov yaşayış massivi 45 saylı bina

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.Nərimanov yaşayış massivi 46 saylı bina

N.Nərimanov yaşayış massivi 47 saylı bina

N.Nərimanov yaşayış massivi 48 saylı bina

Heydər Əliyev prospekti

Z.Tağıyev küçəsi

Ə.Dilbazi küçəsi

 

M.Carçıyev küçəsi

H.Arif küçəsi 

Ə.Seyidov küçəsi

M.Hüseyn küçəsi

Keçidlər