Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ulu Öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

12 dekabr 2015 | 16:00

Dekabrın 12-də Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü tamam olur. Hər il olduğu kimi, yenə də respublikamızın bütün şəhər və rayonlarında  çoxsaylı insanlar Ümummilli  Liderin abidəsiniı ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ümummilli  Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət  hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır, yaşanır və əbədi yaşayacaq! Çünki millətinin inkişafı üçün onun başladığı dünyəvilik və müasirlik siyasəti, eyni zamanda quruculuq işləri bu gün sürətlə davam etdirilir.
Azərbaycan xalqı  fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə  xalqına arxa olan Ulu  Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Dünyanın tanınmış siyasətçiləri bu böyük insanın fəaliyyətini özləri üçün örnək qəbul etmişlər.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə, dövlət idarəçiliyi akademiyasıdır. Hazırda hamının Azərbaycanda intibah dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illərin əvvəllərində Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi və mədəni inkişafının əsasını qoydu.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində, dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu qəbul etdi, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, milli təlim –“azərbaycançılıq” ideologiyasını yaratdı.
«Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib» - deyən Ümummilli Liderimizin ən başlıca  keyfiyyəti xalqımıza ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməsi idi. Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev də öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir O, bu ölkənin - Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu kəlmələri deyən Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl Heydər Əliyev ideyalarından güc alan sönməz məşəli alovlandırmışdır.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf hazırda  ölkə prezidenti İlham Əliyevin dövlət xadimi istedadı sayəsində uğurla davam edir. Bu siyasəti son 12 ildə davam etdirən ölkə Prezidenti
İlham Əliyev cənabları milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Ulu Öndər Ümimmilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı Qazax rayonunda da anım mərasimi keçirilmişdir. Anım mərasimi Heydər Əliyevin abidəsini ziyarətlə başlamışdır. Rayon rəhbərliyi, hərbi hissələrin əsgər və zabit heyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əmək kollektivləri, ziyalılar, din xadimləri, əmək və müharibə veteranları, ağsaqqallar, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini anım mərasiminə qatılmışlar. Onlar Ulu Öndərin əzəmətli abidəsi önünə tər-çiçək dəstələri qoymuşlar və əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər.

Keçidlər