Qazaxda yaşayış binalarının koronavirus infeksiyasına qarşı dezinfeksiyası davam etdirilir
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısının rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri qeyd-şərtsiz yerinə yetirilir.
Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri müəyyən edilmiş tələblərə riayət edilməklə aparılır.
Tələblərə riayət olunaraq görülən işlərdən biri də yaşayış və qeyri-yaşayış binalarının, eləcə də girəcəklərin, pilləkən qəfəsələrinin, liftlərin dezinfeksiya edilməsidir.
Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılır, dezinfeksiya işləri ilə bağlı verilən tapşırıq və tövsiyələr birmənalı şəkildə yerinə yetirilir. Belə ki, rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaşayış binalarında həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri bu gün də davam etdirilib. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən bir və ikimərtəbəli 4,5,6,7,8,9,10,11,12,13,14,15-1,15-2, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31,32, 33, 34, 35, 36, 38, 39, 40, 41 saylı yaşayış binalarında, eləcə də məcburi köçkünlərin və aztəminatlı ailənin yaşadığı köhnə bağça binasında və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.