Şriftin ölçüsü :

Saytın rəngi :

"Təhlükəsiz Oyun Meydançası"nın açılış mərasimi olmuşdur

17 dekabr 2015 | 16:00

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Niderland krallığının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlığı sahəsində Qazax rayonunun Cəfərli kəndində uşaqların mina və partlamamış hərbi sürsatlardan qorunması məqsədilə yaradılmış “Təhlükəsiz Oyun Meydançası”nın açılış mərasimini  keçirilmişdir. 
Açılış mərasimini Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açmış və Niderland krallığının Azərbaycandakı Səfiri Robert Jan Qabrielseni və səfirin köməkçisi Casper Van Vlokhoveni salamlamışdır. Azərbaycan dövləti və Niderlan krallığı arasındakı sosial-iqtisadi əməkdaşlıq və  Təhlükəsiz Oyun Meydançasının əhəmiyyəti barədə mərasim iştirakçılarına məlumat vermişdir.
Mərasimində Niderland krallığının Azərbaycandakı Səfiri Robert Jan Qabrielsen çıxış etmiş, Azərbaycan dövləti ilə Niderlan Krallığı arasındakı bu cür əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyini söyləmişdir.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Bayram Vəliyev, Miqrasiya şöbəsinin müdiri-Silahlara Qarşı Mübarizə proqramı üzrə məsul şəxs Məmməd Kətənov və Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva iştirak etmişlər.
Sonda Niderland krallığının Azərbaycandakı Səfiri Robert Jan Qabrielsenə Rayon İcra Hakimiyyəti tərəfindən  xatirə hədiyyələri verilmişdir.

Keçidlər