Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda növbəti dezinfeksiya işləri aparılıb

03 aprel 2020 | 16:00

Qazaxda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri bu gün də davam etdirilib.
Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə təmizlik və dezinfeksiya işləri aparılıb.
Şəhərin Heydər Əliyev prospekti 56-da yerləşən birmərtəbəli, 2 mənzilli; 58-də yerləşən birmərtəbəli, 5 mənzilli; 72-də yerləşən birmərtəbəli, 6 mənzilli; 74-də yerləşən birmərtəbəli, 7 mənzilli; 88-də yerləşən birmərtəbəli, 4 mənzilli; 89-da yerləşən birmərtəbəli, 7 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri görülüb.
Gün ərzində növbəti dezinfeksiya işləri isə M.P.Vaqif küçəsi 5-də yerləşən birmərtəbəli, 14 mənzilli; 28-də yerləşən birmərtəbəli, 1 mənzilli; H.Z.Tağıyev küçəsi 19-da yerləşən birmərtəbəli, 7 mənzilli; 22-də yerləşən birmərtəbəli, 4 mənzilli; 24-də yerləşən birmərtəbəli, 3 mənzilli; 26-da yerləşən birmərtəbəli, 1 mənzilli; Ş.Çobanov küçəsi 5,6,7,8-də yerləşən birmərtəbəli, 24 mənzilli; Ə.Dilbazi küçəsi 13-də yerləşən birmərtəbəli, 3 mənzilli; 26-da yerləşən birmərtəbəli, 5 mənzilli; Azadlıq küçəsi 64-də yerləşən birmərtəbəli, 6 mənzilli; ikimərtəbəli, 2 mənzilli; 65-də yerləşən birmərtəbəli, 3 mənzilli, 67-də yerləşən birmərtəbəli, 7 mənzilli yaşayış binalarında aparılıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində şəhərin mərkəzində yerləşən mərkəzi bazarda da bu gün ikinci dəfə koronavirus əleyhinə dezinfeksiya işləri həyata keçirilib.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya edilən bütün ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

Heydər Əliyev prospekti 56 saylı bina

Heydər Əliyev prospekti 58 saylı bina

Heydər Əliyev prospekti 72 saylı bina

Heydər Əliyev prospekti 74 saylı bina

Heydər Əliyev prospekti 89 saylı bina

H.Z.Tağıyev küçəsi 22

H.Z.Tağıyev küçəsi 24

M.P.Vaqif küçəsi 5

M.P.Vaqif küçəsi 28

Ş.Çobanov küçəsindəki binalar

Ə.Dilbazi küçəsi 13

Ə.Dilbazi küçəsi 26

Azadlıq küçəsi 64

Azadlıq küçəsi 67

Mərkəzi bazar

 

Keçidlər