Çövkən milli oyununda Qazax rayon komandası birinci yerə layiq görülmüşdür
Azərbaycan xalqının qeyri-maddi mədəni irsininin ayrılmaz hissəsi olan milli atüstü oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələırinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahələrə marağın artırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət vəTurizm Nazirliyinin 2015-ci ilin 16-21 dekabr tarixlərində Şəki şəhərində Prezident Kuboku uğrunda X çövkən milli oyunları keçirilmişdir. Yarışda Qazax rayonunun çövkən oyunu üzrə komandası da iştirak etmişdir. Yarış Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil olunmuşdur.
Keçirilmiş oyunlarda Qazax rayonunun komandası 21 komanda arasında birinci yerə layiq görülmüş və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.
Bu böyük qələbə münasibətilə komandamızı təbrik edirik, onlara gələcək yarışlarda da yeni-yeni uğurlar arzulayırıq.