Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Sement Zavodunun kollektivi imkansız ailələri sevindirir

10 aprel 2020 | 16:00

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərarlar Qazax rayonunda da uğurla icra olunur. Xüsusilə Heydər Əliyev Fondunun bu infeksiyanın qarşısının alınması üzrə tədbirlər çərçivəsində başladığı sosial layihəyə indi rayonda fəaliyyət göstərən onlarca müəssisə də qoşulmuşdur. Belə müəssisələrdən biri də "Qazax Sement Zavodu” MMC-dir.

Müəssisənin kollektivi "Evdə qal, sağlam ol!” çağırışını əldə rəhbər tutaraq Qazaxda yaşayan və yaşı 65-dən yuxarı olan tənha insanlara yardım etməyə başlamışdır. Kollektiv qısa vaxt ərzində 129 nəfəri ərzaq məhsulları ilə təmin etmişdir. Xeyirxah iş rayonun Bala Cəfərli, Quşçu Ayrım, Qarapapaq və sair kəndlərində də həyata keçirilmişdir. Özündə həmrəyliyi, birliyi əks etdirən bu təşəbbüs ziyarət olunan sakinlər tərəfindən yüksək qiymətləndirilmiş və onları gündəlik tələbat malları ilə təmin edən zavod rəhbərliyinə razılıqlarını bildirmişlər.


Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər