N.Nərimanov yaşayış massivində yerləşən yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub
Bütün ölkələrdə olduğu kimi, Azərbaycan ərazisində də koronavirusun (COVID-19) yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilir. Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilən dezinfeksiya işləri də görülən tədbirlərdəndir.
Qazaxda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhərin prospekt və küçələrində, yaşayış massivlərində yerləşən çoxmənzilli yaşayış binaları mütəmadi olaraq dezinfeksiya olunur.
Bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən ikimərtəbəli, 1 bloklu, 8 mənzilli 22,23,24,25,26,27,28,29,30,31,32,33,34,35,36,38,39,40,42,43,45 saylı, ikimərtəbəli, 2 bloklu, 8 mənzilli 44,46,47,48 saylı yaşayış binalarının bloklarında, eləcə də ətraf ərazilərdə ikinci dəfə dezinfeksiya işləri aparılıb. İstər çoxmənzilli yaşayış binaları, istərsə də dezinfeksiya edilən ətraf ərazilər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində şəhərdə yerləşən mərkəzi bazarda da koronavirus əleyhinə dezinfeksiya işləri həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
N.Nərimanov yaşayış massivi
Mərkəzi bazar