N.Nərimanov yaşayış massivində yerləşən yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb
Koronavirus (COVID-19) infeksiyasına qarşı həyata keçirilən profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə Qazax rayonunda genişmiqyaslı işlər görülür. Rayon İcra Hakimiyyəti başçısının yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisi mütəmadi dezinfeksiya olunur. Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə idarə, müəssisə və təşkilatların inzibati binaları, istirahət parklarının ərazisi, bank və bankomatların, aptek və ərzaq mağazalarının qarşısı, eyni zamanda, marşrut avtobusları, dayanacaqlar və digər zəruri yerlərdə, prospekt, küçə və səkilərdə dezinfeksiya işləri görülür.
Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhərin prospekt və küçələrində, yaşayış massivlərində yerləşən çoxmənzilli yaşayış binalarının girişləri, blokları, həyətləri də mütəmadi olaraq dezinfeksiya olunur.
Bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən ikimərtəbəli, 1 bloklu, 8 mənzilli 1,2,3,4,5,6,7,8,9,12,13,41 saylı, ikimərtəbəli, 24 mənzilli 10 saylı, ikimərtəbəli, 24 mənzilli 11 saylı, ikimərtəbəli, 3 bloklu, 24 mənzilli 50 və 51 saylı, beşmərtəbəli, 6 bloklu, 60 mənzilli 49 saylı, beşmərtəbəli, 4 bloklu, 50 mənzilli 1 saylı Dəmiryolu binalarının bloklarında, eləcə də ətraf ərazilərdə ikinci dəfə dezinfeksiya işləri aparılıb. İstər çoxmənzilli yaşayış binaları, istərsə də dezinfeksiya edilən ətraf ərazilər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
N.Nərimanov yaşayış massivi