Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın müraciətinə baxılıb

12 aprel 2020 | 16:00

Son günlər facebook sosial şəbəkəsində videosu yayılan Bəşirov Taleh Mikayıl oğlu Qaymaqlı kəndində qeydiyyatda olsa da 2000-ci ildən Sumqayıt şəhərində yaşayır. 1998-ci ildə Qaymaqlı kəndində sahədən tapdığı partlamamış mərmini sökmək istəyərkən ehtiyatsızlıq nəticəsində sol əlindən və üz nahiyyəsindən xəsarət almışdır. Aldığı xəsarət nəticəsində sol əli ambutasiya olunmuş və hazırda II qrup əlildir.

T.Bəşirov sosial şəbəkədə yayımlanan video müraciətində Sumqayıt şəhərində tikdirdiyi evinin tam təmiri ilə bağlı ölkə Prezidentinə və Qazax Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, lakin müraciətinə baxılmadığını qeyd edir.

Qazax Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, T.Bəşirov qeyd etdiyi müraciəti ilə bağlı 7 fevral 2020-ci il tarixdə RİH-də qəbulda olmuşdur. Vətəndaşa Sumqayıt şəhərində yaşadığı üçün yaşayış yeri üzrə müraciət etməsi tövsiyə edilmişdir.

Keçidlər