Qazaxda dezinfeksiya işləri davam etdirilir
Qazaxda koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. RİHB yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilən işlər xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir.
Bugünkü dezinfeksiya işləri şəhərdə yerləşən istirahət parklarında, bank və bankomatların, aptek və ərzaq mağazalarının qarşısında, dayanacaqlarda aparılıb.
Şəhərin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan park və Mərkəzin qarşısı, Gənclər Mərkəzinin qarşısı, “Dədə Qorqud” parkı, Xalq şairi Səməd Vurğunun adını daşıyan park və bağ, “Fəxri qazaxlılar” parkı, Ədəbiyyat Muzeyinin qarşısı, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park, Dədə Ələsgər və Dədə Şəmşirin xatirəsinə qoyulmuş büstlərin qarşısı, görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun adını daşıyan bağ, Şəhidlər xiyabanı, “Əsədoğlu” marketin qarşısı və digər ərazilər koronavirus infeksiyasına qarşı ikinci dəfə dezinfeksiya edilib.
Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
"Dədə Qorqud" parkı
Xalq şairi Səməd Vurğunun adını daşıyan bağ
Xalq şairi Səməd Vurğunun adını daşıyan park
"Fəxri qazaxlılar" parkı
Ədəbiyyat Muzeyinin qarşısı
Böyük ədib Nəriman Nərimanovun adını daşıyan bağ
Şəhidlər xiyabanı
Dədə Ələsgər və Dədə Şəmşirin xatirəsinə qoyulmuş büstlərin qarşısı
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park
Ulu öndər Heydər Əliyevin adını daşıyan park və Mərkəzin qarşısı
Gənclər Mərkəzinin qarşısı
"Əsədoğlu" marketin qarşısı
Şəhər ərazisində olan bankomatlar
Şəhər ərazisində olan dayanacaqlar