“Qazax” Xeyriyyə İctimai Birliyinin “Biz birlikdə güclüyük!” şüarı altında başladığı xeyriyyə kampaniyasına Qazaxdan start verilib
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq, genişmiqyaslı xeyriyyə kampaniyasına başlanılıb.
“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri də bu ümumrespublika kampaniyasına qoşulublar.
“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun təşəbbüsü ilə Birliyin üzvü olan iş adamları tərəfindən reallaşan bu kampaniya özündə birliyi, həmrəyliyi nümayiiş etdirməklə yanaşı, həm də ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışına səs verərək vətəndaşlarımıza dəstək olmaqdır.
Birliyin həyata keçirdiyi xeyriyyə aksiyasına Qazaxdan start verilib. Belə ki, rayonun Daş Salahlı kəndində qayğıya ehtiyacı olan 110 aztəminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
İctimai Birliyin üzvü, şair Zaməddin Ziyadoğlu, “Gənc Könüllülər” və aidiyyatı şəxslər həmin sovqatları sahiblərinə çatdırıblar.
“Biz birlikdə güclüyük!” şüarı altında başlanılan kampaniyanı razılıq hissi ilə qarşılayan ailələr “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov başda olmaqla, Birliyin üzvlərinə və əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.