Qazax Olimpiya İdman Kompleksində ilə yekun vurulmuşdur
Qazax Olimpiya İdman Kompleksində ilə yekun vurulmuşdur. Bu münasibətlə Olimpiya İdman Kompleksində təntənəli tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, idmançılar, onların məşqçiləri, idmansevərlər, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Olimpiya İdman Kompleksinin xidmət şöbəsinin rəisi, Əməkdar məşqçi Azər Əliyev açmışdır. Dövlət himni səsləndirilmişdir. Azər Əliyev Olimpiya İdman Kompleksində 2015-ci il ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ötən il Olimpiya İdman Kompleksində idmanın müxtəlif növləri üzrə 9 idman yarışı keçirilmişdir. Bu yarışların nəticəsi olaraq, bütövlükdə 104 medal qazanılmışdır. Bu medallar, rayon, zona, respublika, avropa və dünya çempionatlarına aid olmuşdur.
Tədbirdə RİHB Aparatının şöbə müdiri Gündüz Abışov çıxış etmiş və qazanılmış uğurlar münasibətilə bütün idmançıları və onların məşqçilərini Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərovun adından təbrik etmişdir. Onlara qarşıdakı illərdə də yeni-yeni uğurlar arzulamışdır.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov və digər natiqlər öz çıxışlarında rayonun idman uğurları barədə ətraflı danışmışlar.
Sonra il ərzində fərqlənmiş və qalib gəlmiş 25 nəfər idmançıya mükafatlar təqdim olunmuşdur. Əməkdar məşqçi Əliyev Azər Nürəddin oğlu ilin ən yaxşı məşqçisi, 8 qat Avropa və 4 qat Dünya çempionu Vəkilov Qismət Səxavət oğlu ilin ən yaxşı idmançısı seçilmişdir.
Tədbirin sonunda iştirakçılar gənclərin fiziki inkişafı və idmana yaradılmış şəraitə görə ölkə prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirmişlər.