Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir

17 aprel 2020 | 16:00

Kanal13.TV-nin facebook sosial şəbəkəsində videosu yayımlanan Qazax şəhər sakini, 1950-ci il təvəllüdlü Məmmədova Səkinə Məmməd qızı sözügedən videoda işsiz olduğunu və dəfələrlə Qazax Rayon İcra Hakimiyyətinə müraciət etsə də işlə təmin edilmədiyini bildirir.
S.Məmmədova dəfələrlə Rayon İcra Hakimiyyətinə dəvət olunmuş və onun müraciətlərinə baxılmışdır. Vətəndaş qəbul zamanı hər hansı bir işi deyil, yalnız “DOST” MMC-də ödənişli ictimai işlə təmin  olunmasını istəmişdir.
70 yaşlı S.Məmmədova 242 manat təqaüd aldığı üçün onun ictimai işlərə cəlb edilməsi mümkün deyildir. Buna baxmayaraq, vətəndaşın müraciətlərini nəzərə alaraq  oğlu Hüseynzadə Mircəfər Füzuli oğlu və gəlini Hüseynzadə Xədicəxanım Elman qızı “DOST” MMC-də ödənişli ictimai işlərə cəlb edilmiş, hər biri 250 manat olmaqla, aylıq 500 manat əməkhaqqı alırlar.
Vətəndaşın müraciətlərinə dövlət orqanları tərəfindən diqqətsiz münasibət göstərilməsi fikri isə tam əsassızdır.

Keçidlər