Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda koronavirus əleyhinə tədbirlər

16 aprel 2020 | 16:00

Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri davam etdirilir. Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə Qazax şəhərinin prospekt və küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında davamlı olaraq dezinfeksiya işləri aparılmaqdadır.
Növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospekti 179-da yerləşən doqquzmərtəbəli, 2 bloklu, 36 mənzilli; 175-də yerləşən beşmərtəbəli, 4 bloklu, 36 mənzilli; 173-də yerləşən beşmərtəbəli, 4 bloklu, 50 mənzilli; 171-də yerləşən ikimərtəbəli, 2 bloklu, 12 mənzilli; 114-də yerləşən beşmərtəbəli, 4 bloklu, 46 mənzilli; Azadlıq küçəsi 206-da yerləşən beşmərtəbəli, 6 bloklu, 60 mənzilli; 208-də yerləşən beşmərtəbəli, 6 bloklu, 60 mənzilli; 208A-da yerləşən beşmərtəbəli, 4 bloklu, 46 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində aparılıb.
Digər sahələrdə olduğu kimi, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrində də dezinfeksiya işləri aparılıb. Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyi, Rayon Mədəniyyət Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası, MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi, Qazax Dövlət Dram Teatrı, Qazax Dövlət Rəsm Qalereyası, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi dezinfeksiya olunub.
İstər çoxmənzilli yaşayış binaları, istərsə də dezinfeksiya edilən bütün ərazilər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı vasitəsilə dərmanlanıb. İstər əl aparatı ilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Respublika qəzeti, 16.04.2020.pdf

 

Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
16 aprel 2020-ci il

Keçidlər