Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda yol polisi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir

17 aprel 2020 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq prospekt və küçələrdə Post Patrul maşınlarından səsgücləndiricilər vasitəsilə operativ qərargahın tələbləri səsləndirilir. Həyata keçirilən tədbirlər çərçivəsində rayonun giriş-çıxış hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Bundan başqa, əhalinin sıx toplaşdığı ərazilər də polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində və kəndarası yollarda qurulan postlarda olub, mövcud vəziyyətlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, karonavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmadıqda sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir. Həmçinin polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Keçidlər