Satış yarmarkası keçiriləcəkdir
26 dekabr 2015 | 16:00
Rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə 26-31 dekabr 2015-ci il tarixlərdə Qazaxdakı Təzə Bazarda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcəkdir. Keçiriləcək satış yarmarkasına istehsalçıların öz məhsullarının daşınması, yerləşdirilməsi üçün lazımi şərait yaradılmışdır. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir, qiymətlərin süni sürətdə artırılması hallarının qarşısı alınır.
Bütün rayon əhalisi və arzu edənlər satış yarmarkasının imkanlarından faydalana bilərlər.