Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha 4 küçədə dezinfeksiya işləri aparılıb

18 aprel 2020 | 16:00

Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Qazaxda da olduğu kimi icra edilir. Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.
Bu gün növbəti dezinfeksiya işləri şəhərin Azadlıq, Bakı, Ə.Dilbazi və Ş.Xiyabanı küçələrində yerləşən yaşayış binalarında aparılıb.
Azadlıq küçəsi 96-da yerləşən birmərtəbəli, 8 mənzilli; 98-də yerləşən ikimərtəbəli, 8 mənzilli; 101-də yerləşən birmərtəbəli, 1 mənzilli; 104-də yerləşən ikimərtəbəli, 4 mənzilli; 121-də yerləşən birmərtəbəli, 5 mənzilli; 125-də yerləşən birmərtəbəli, 8 mənzilli; 151-də yerləşən ikimərtəbəli, 4 mənzilli; Ə.Dilbazi küçəsi 1-də yerləşən birmərtəbəli, 5 mənzilli; 2-də yerləşən birmərtəbəli, 4 mənzilli; Ş.Xiyabanı küçəsi 2-də yerləşən birmərtəbəli, 4 mənzilli; 17-də yerləşən birmərtəbəli, 3 mənzilli; 26-da yerləşən birmərtəbəli, 7 mənzilli; Bakı küçəsi 76-da yerləşən birmərtəbəli, 9 mənzilli yaşayış binaları, eləcə də binaların həyəti dezinfeksiya olunub.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya olunan bütün ərazilər koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb. Şəhərin Heydər Əliyev prospektində isə maşın vasitəsilə dezinfeksiya işləri görülüb.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Azadlıq küçəsi

Ə.Dilbazi küçəsi

Şəhidlər Xiyabanı küçəsi

Heydər Əliyev prospekti

 

 

 

 

Keçidlər