Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin Səməd Vurğun və Mehdi Hüseyn küçələrində dezinfeksiya işləri aparılıb

19 aprel 2020 | 16:00

Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Qazaxda da olduğu kimi yerinə yetirilir. Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər çərçivəsində çoxmənzilli yaşayış binaları ilə yanaşı, prospekt və küçələr də dezinfeksiya olunur.
Bu gün növbəti dezinfeksiya işləri şəhərin Səməd Vurğun və Mehdi Hüseyn küçələrində aparılıb. Qeyd olunan küçələr Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən maşın vasitəsilə dezinfeksiya edilib.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

S.Vurğun küçəsi

M.Hüseyn küçəsi

Keçidlər