Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Biz birlikdə güclüyük!” devizi altında başlanılan xeyriyyə kampaniyası davam etdirilir

24 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla, Qazax Rayon İcra Hakimiyyəti və “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Qazaxda “Biz birlikdə güclüyük!” devizi altında başlanılan xeyriyyə kampaniyası davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə reallaşan aksiyaya qoşulanların sayı isə günbəgün artır. Əsas məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan insanlara dəstək göstərmək olan bu aksiya cəmiyyət tərəfindən də razılıqla qarşılanır.
Sevindirici hal isə odur ki, Qazaxda başlanılan bu aksiyaya nəinki rayondan kənarda yaşayan insanlar, eləcə də yerli təşkilatlar da dəstək olaraq qoşulurlar.
Növbəti xeyriyyə aksiyasının təşəbbüskarı isə Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və kollektivi olub. Onlar da ümumrespublika kampaniyasına qoşularaq Aşağı Salahlı kəndində yaşayan qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olublar.
“Gənc Könüllülər”in iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyasında Aşağı Salahlı kəndində 57 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Onlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildirən sakinlər bu xeyirxah təşəbbüsü yüksək qiymətləndiriblər. Sakinlər dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq bu çətin günlərdə onların yanında olub, qayğı göstərdiyinə görə SSİ-nin rəisi Məhəd Vəkilova və idarənin kollektivinə dərin təşəkkürlərini çatdırıblar.

 

Keçidlər