Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı hemodializ müalicəsi alan xəstələri də unutmadı

25 aprel 2020 | 16:00

Artıq xeyli vaxtdır ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə, Qazax Rayon İcra Hakimiyyəti və “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Qazaxda “Biz birlikdə güclüyük!” devizi altında xeyriyyə kampaniyasına start verilib. Respublika Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədi daşıyan aksiyanın müxtəlif təbəqədən olan insanları əhatə etməsi isə təqdirəlayiq haldır. Dövlət qayğısı sayəsində rayonda daim atəş altında olan sərhəd kəndlərində yaşayan sakinlərə, Qarabağ müharibəsi əlillərinə, Çernobl əlillərinə, hərbi xidmət əlillərinə, aztəminatlı və çoxuşaqlı ailələrə köməklik olunması Qazaxda vətəndaş amilinin hər zaman ön plana çəkilməsi deməkdir.
Bu insanlarla yanaşı, hazırda rayon üzrə Qazax Müalicə Diaqnostika Mərkəzində hemodializ müalicəsi alan xəstələr də diqqətdən kənarda qalmayıb. 32 nəfər xəstəyə gündəlik tələbatlarını ödəyəcək ərzaq məhsullarından ibarət sovqatların çatdırılması, köməklik göstərilməsi dövlət başçısının, rayon rəhbərliyinin ölkə vətəndaşına olan qayğısının daha bir əyani göstəricisi olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Rüstəmov və həmin şöbədə baş məsləhətçi Sərdar Orucov tərəfindən şəhərdə, eləcə də rayonun Orta Salahlı, Ürkməzli, Daş Salahlı, Qazaxbəyli, Çaylı, Kosalar, Kəmərli, Xanlıqlar, Dəmirçilər, Birinci Şıxlı, Cəfərli, Aslanbəyli kəndlərində yaşayan həmin dializ xəstələrinə gündəlik ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Özündə birliyi, həmrəyliyi, dövlət qayğısını əks etdirən xeyriyyə aksiyasını razılıq hissi ilə qarşılayan sakinlər bu nəcib təşəbbüsü yüksək qiymətləndiriblər. Onlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq bu çətin günlərdə onların yanında olub, qayğılarına qaldıqlarına görə rayon rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər. Qeyd ediblər ki, bu gün rayonda bütün təbəqədən olan insanlara, o cümlədən də bizim kimi müalicə alan dializ xəstələrinə göstərilən qayğı, olunan köməklik bir daha onu göstərdi ki, doğurdan da dövlət hər bir vətəndaşının yandındadır.

 

Keçidlər