Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda dezinfeksiya işləri davam etdirilir

01 may 2020 | 16:00

Qazaxda koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. RİHB yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilən işlər xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir.
Bu gün şəhər mərkəzindəki Xalq şairi Səməd Vurğunun adını daşıyan parkda, Mədəniyyət Mərkəzinin qarşısında uşaqların əyləncəsi üçün nəzərdə tutulan məkanda, "Fəxri qazaxlılar” parkında, görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun adını daşıyan bağda, Şəhidlər xiyabanı və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün qeyd edək ki, bu günə kimi, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

"Fəxri qazaxlılar" parkı

Böyük ədib Nəriman Nərimanovun adını daşıyan bağ

Xalq şairi Səməd Vurğunun adını daşıyan park

Mədəniyyət Mərkəzinin qarşısında uşaqların əyləncəsi üçün nəzərdə tutulan məkan

Şəhidlər xiyabanı

 

 

 

Keçidlər