Şriftin ölçüsü :

Saytın rəngi :

“İgidlərin beşiyi elim mənim” adlı layihə çərçivəsində Milli Qəhrəmanlarımızın döyüş yolunu özündə əks etdirən filmin təqdimatı keçirilmişdir

25 yanvar 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İgidlərin beşiyi elim mənim” adlı layihə çərçivəsində Milli Qəhrəmanlarımızın döyüş yolunu özündə əks etdirən filmin təqdimatı keçirilmişdir.  Ədəbiyyat Muzeyinin akt zalında keçirilən tədbirdə İcra Hakimiyyətinin məsul işçiləri, fəal gənclər, N saylı hərbi hissənin əsgərləri, bir qrup polis əməkdaşı, filmdə adları çəkilən Milli Qəhrəmanların doğmaları, yaxınları, döyüş yoldaşları, idarə, təşkilat rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə ilk öncə vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Gənc yazar, Azərbaycan Yazçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Taleh Mansur mərasimi giriş sözü ilə açaraq “İgidlərin beşiyi elim mənim” layihəsinin ideyasını region gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi və igid şəhidlərimizin şərəfli döyüş yolunun tərənnümü təşkil etdiyini, layihə çərçivəsində şəhidlərimizin qəhrəmanlığını əks etdirən qısametrajlı filmin gənclərimizə vətənpərvərlik hissinin aşılanmasında və yeni nəslin bu ruhda tərbiyə olunmasında dəstək göstərdiyini bildirmişdir.
“İgidlərin beşiyi elim mənim” adlı filmin süjet xətti real hadisələrə və filmdə adları çəkilən Milli Qəhrəmanların doğmalarının, döyüş yoldaşlarının, işğal nəticəsində məcburi köçkün və zərərçəkmiş soydaşlarımızın xatirələri əsasında çəkilən sənədli film eyni zamanda tarixi faktlara əsaslanmışdır. 
Sonra “İgidlərin beşiyi elim mənim” adlı qısametrajlı filim nümayiş olunmuşdur. Alqışlarla qarşılanan filmin nümayişindən sonra qonaqlar film haqqında öz təəssüratlarını bölüşmüşlər.
Filmin rejissoru Şamil Muradlı, “Avey” İdman Klubunun Prezidenti Arzuman Abdulkərimov, AYB Qazax zona filalının sədri, şair, əməkdar incəsənət xadimi Barat Vüsal, Qazax rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, Milli Qəhrəman Mərifət Nəsibovun qardaşı Hümbət Nəsibov, Milli Qəhrəman Şamoy Çobanovun döyüş yoldaşı Hüseyn Əhmədov və başqaları çıxış edərək film haqqında fikirlərini bildirmiş, filmin ərsəyə gəlməsində əməyi olan insanlara öz təşəkkürlərini çatdırmışlar.
Film Qazax mahalının ümumi mənzərəsini, milli mənəvi dəyərləri və milli ruhu özündə birləşdirən bir yaddaş nümunəsidir. Qazax elinin qəhrəman igidlərindən bəhs edən film region gənclərinə nümayiş etdirilməklə Azərbaycan Respublikasının “Gənclər Siyasəti”nə bir töhfədir.
Sonda filmin ssenari müəllifi Taleh Mansur çıxış edərək tədbirdə iştirak edən qonaqlara,  həmçinin filmdə əməyi keçən insanlara öz minnətdarlığını bildirmişdir.

Keçidlər