Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin müəllimləri “Virtual məktəb”də toplantı keçiriblər

07 may 2020 | 16:00

Bildiyiniz kimi, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Odur ki, ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qüvvədə qalır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu müddət ərzində şagirdlər üçün  təhsilin intensivliyinin təmin edilməsi məqsədilə bütün səy və imkanlardan səmərəli istifadə olunur. Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün əlavə tədbirlər görülür. Bunlardan biri də onlayn dərslər və distant təhsildir ki, Qazaxda uğurla həyata keçirilməkdədir.
Ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə aprel ayının əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Virtual məktəb” layihəsinə start verilib. Belə ki, hər bir şagird “Microsoft Teams” adlı tətbiqi yükləyib  “Virtual məktəb” portalında qeydiyyatdan keçərək müvafiq sinifə təyin olunur və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış tapşırıqları yerinə yetirirlər.
Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsinə qoşularaq müəllim və şagirdlər üçün yaradılan imkanlardan səmərəli istifadə edən məktəblərdən biri də Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbdir. Məktəbin müəllim-şagird kollektivi ilk gündən zoom proqramı ilə onlayn dərslərdə fəallıq nümayiş etdirdikləri kimi, “Virtual məktəb” layihəsində də aktivlikləri ilə seçilirlər.
Məktəb direktoru Yeganə Göyüşlü ilə müəllimlərin “Virtual məktəb”də keçirdikləri toplantı da bunun əyani sübutudur. Artıq beşinci dəfədir ki, “Virtual məktəb” portalında toplantı keçirən kollektiv bugünkü virtual görüşdə də portalın yaratdıqları imkanlardan söz açıblar. Təhsil Nazirliyinin onlar üçün açdıqları geniş imkanları bir daha minnətdarlıq hissi ilə qarşılayıblar.
Məktəb direktoru Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci tarixdən Mədəniyyət  və ARB "Günəş” kanallarında həftənin 5 günü teledərslər keçirilməsini, teledərslərin yayınlamasına zamanında baxa bilməyənlər üçün youtube kanalı və facebook sosial şəbəkəsində izləmək imkanının yaradılmasını təhsil sahəsinə olan qayğı və bu sahədə görülən uğurlu işlərin əyani sübutu kimi göstərib. 2 aprel 2020-ci il tarixdən virtual.edu.az saytında yaradılan "Virtual məktəb” layihəsi ilə geniş imkanların açılmasını bu istiqamətdə görülən işlərin davamı kimi dəyərləndirib. Eyni zamanda müəllimlərə dərs dedikləri şagirdləri həmin teledərslərə yönləndirməyi, günün ikinci yarısında isə “Virtual məktəb”də dərslərin keçirilməsini və teledərslərdə qeyd olunan mövzuların müzakirə olunmasını tövsiyə edib.

Keçidlər