Səhiyyə Naziri Qazax rayonunda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görülür.
Bununla bağlı Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Qazax Müalicə-Diaqnostika Mərkəzində Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həll olunmuşdur.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.