Şriftin ölçüsü :

Saytın rəngi :

"Qazax” Xeyriyyə İctimai Birliyi bayram ərəfəsində Qazaxda sərhəddə yaşayan ailələrə sovqat paylayıb

18 may 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi dövründə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start verilən sosial aksiya da məhz bu məqsədi daşıyır. Ölkə rəhbərinin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəkləməkdir.
İlk gündən bu xeyirxah aksiyaya qoşulan "Qazax” Xeyriyyə İctimai Birliyi müqəddəs Ramazan bayramı ərəfəsində də sərhəddə yaşayan sakinləri unutmayıb.
Bu gün sosial aksiya çərçivəsində Qazaxın sərhəd kəndləri olan Cəfərlidə 181, Bala Cəfərlidə isə 27 ailəyə un məhsulundan ibarət sovqat paylanılıb.
“Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası sərhəddə yaşayan sakinlər tərəfindən də böyük razılıqla qarşılanıb. Xüsusi karantin rejimi elan edildiyi ilk gündən artıq neçənci dəfədir ki, dövlətin qayğısını hiss etdiklərini qeyd ediblər. Bu çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Müqəddəs bayram ərəfəsində onları bir daha yad etdiklərinə, dəstək olduqlarına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov başda olmaqla əməyi keçən insanlara minnətdarlıq ediblər.

Cəfərli kəndi

Bala Cəfərli kəndi

 

Keçidlər