Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının iclası keçirilmişdir

17 fevral 2016 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin  Apellyasiya Şurasının keçirdiyi iclasda Apellyasiya Şurasının üzvləri və katibliyi iştirak etmişdir.
İclasın sədri, Qazax Rayon İcra Hakimiyyəti başçısının  müavini Tahir Musayev Apellyasiya Şurasının yaradılması və fəaliyyəti ilə bağlı məlumat verərək bildirmişdir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq  Qazax Rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2016-cı il tarixli 9-21/23 nömrəli  sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradılmışdır. 
İclasda Apellyasiya Şurasının yaradılması haqqında əsasnaməyə uyğun olaraq Apelyasiya şurasının və katibliyin üzvlərinin hüquq və vəzifələri nəzrələrinə çatdırılmış və müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər