Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Abad məhəllə” layihəsi çərçivəsində Nəriman Nərimanov yaşayış massivi yeni görkəm alıb

23 may 2020 | 16:00

Son illər Qazaxda görülən işlər onu söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonda Dövlət Proqramında mühüm yer tutan abadlıq və quruculuq işlərinə illər öncə necə start verilibsə, bu gün də o cür davam etdirilir.
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. Şəhərdə paralel olaraq həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə abadlıq işlərinin və yeni asfalt örtüyün vurulmasına da start verilib.
Qazaxda “Abad məhəllə” layihəsinin icrası çərçivəsində abadlıq işlərinə ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan Nəriman Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən başlanıldı. Binaların həyətində olan köhnə elektrik, qaz, rabitə xətləri səliqəyə salındı. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradıldı. Binaların həyəti və ətraf əraziyə asfalt döşəndi. Dekorativ gül kolları əkilərək park salındı. Bir sözlə, layihə çərçivəsində N.Nərimanov qəsəbəsində görülmüş abadlıq işləri və nümunə olan qəsəbənin yeni görkəmi bir daha onu göstərdi ki, Qazaxda su və kanalizasiya sisteminin çəkilişi başa çatan bütün küçələr, ərazilər abadlaşdırılacaq.
49 saylı binanın sakini Mustafa Hacıyev də rayonda görülən işləri yüksək qiymətləndirir. Su və kanalizasiya xəttinin çəkilişi başa çatan küçələrin abadlaşdırılmasının hər bir rayon sakini tərəfindən razılıq hissi ilə qarşılandığını qeyd edir. Qəsəbədə aparılan quruculuq işlərinə görə ölkə Prezidentinə minnətdarlığını bildirir.

https://www.youtube.com/watch?time_continue=1&v=BOuq2UeovmE&feature=emb_title

Keçidlər