Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhərində su və kanalizasiya sisteminin çəkilişi başa çatan küçələr asfaltlanır

23 may 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin qayğısı, dəstəyi sayəsində Qazaxda həyata keçirilən abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu işlər sayəsində bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır.
Ölkə Prezidentinin qayğısı nəticəsində əhalinin içməli su və kanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da öz real əksini tapır. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Sevindirici haldır ki, şəhərdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə abadlıq işlərinə və yeni asfalt örtüyün vurulmasına da start verilib.
Səməd Vurğun küçəsində aparılan quruculuq işləri və yeni asfalt örtüyün döşənməsi bu söylədiklərimizin bariz nümunəsidir. Bu gün küçədə istər səkilərə, istərsə də yola asfalt örtüyün döşənməsi və digər abadlıq işləri sürətlə davam edir. Bundan əlavə, elektrik, rabitə və qaz xətləri səliqəyə salınır, dayaqlar və ağaclar rənglənir.
Şəhər sakinləri Bəsdi Ələkbərova, Mustafa Mirzəyev də yaşadıqları küçələrin abadlaşdırılmasını birmənalı şəkildə razılıq hissi ilə qarşılayırlar. Qazaxda həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon sakinləri olaraq hər zaman yüksək qiymətləndirirlər.

https://www.youtube.com/watch?v=7nBxyW0MuAc&feature=emb_title

Keçidlər