Qazaxda daha iki məktəbə yeni istilik sistemi çəkilir
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlar, qazanılan uğurlarla yanaşı, təhsilin inkişafına, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir.
Ölkə başçısının təhsil sahəsinə, bu sahədə çalışan müəllimlərə, eləcə də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğısı Qazaxda da hiss olunmaqdadır. Bunu son illər rayonda inşa olunan məktəb binalarından, təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasından aydın şəkildə görmək olar. Təhsil müəssisələrində normal təlim şəraitini təmin etmək, xüsusən də qış aylarında sinif otaqlarının istiliklə təchizatı Təhsil Nazirliyinin daim nəzarətdə saxladığı məsələlərdən biridir. Rayonda məktəblərin istilik sistemi ilə təminatı bu il də yaxşılaşdırılır. Məktəb binalarında istilik sistemlərinın qazlaşdırılması üçün məqsədyönlü tədbirlər görülür.
Rayon üzrə 44 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 32 məktəb binasının qazanxanaları təbii qazla, Kəmərli, Birinci Şıxlı tam, Birinci Şıxlı ümumi orta məktəbləri isə maye yanacaqla qızdırılır. Altı məktəbdə - Çaylı, İkinci Şıxlı, Sarıvəlli, Yuxarı Əskipara, Orta Salahlı və Fərəhli kəndlərindəki məktəblər isə odunla qızdırılır. Cəfərli, Hüseynbəyli, Aşağı Salahlı kənd tam orta məktəbləri isə elektrik yağ radiatorları ilə isidilir ki, artıq həmin məktəblərdə də qaza qoşulma təmin edilir.
Təhsil Nazirliyi tərəfindən Nizami Hüseynov adına Aşağı Salahlı və Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəblərində görülən işlər bunun bariz nümunəsidir. Əvvəllər elektrik yağ radiatorları ilə isidilən məktəblərdə artıq yeni kombi sistemi çəkilir. Usta Ramin Həsənov çəkiliş zamanı müasir standartlara cavab verən materiallardan istifadə olunduğunu və görülən bütün işlərin keyfiyyətlə yerinə yetirildiyini bildirir.
Aşağı Salahlı kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsabalı Mustafayev, valideynlərdən Alı Budaqov, Nuranə Budaqova, Həvva Kəhyayeva, Hüseynbəyli kənd tam orta məktəbin ibtidai sinif müəllimi Lətifə Nəbiyeva, valideynlərdən Təranə İsgəndərova, Xeyransa Fərzəliyeva bölgələrimizdə təhsil sahəsinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova minnətdarlıqlarını bildiriblər.
Dövlət qayğısı sayəsində məktəblərdə yeni istilik sisteminin çəkilməsi bir daha onu sübut edir ki, gələcəyimiz olan uşaqlar hər zaman diqqət mərkəzində saxlanılır.
https://www.youtube.com/watch?v=UUESquadRn8&feature=emb_title