Qazax rayonu İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi
Qazax rayon Gənclər Mərkəzinin akt zalında “Qazax rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə” Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərovun hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, ağsaqqallar, qeyri hökumət təşkilatlarının nümayəndələri və mətbuat nümayəndələri iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevinin əziz xatirəsini anmışlar və abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra Gənclər Mərkəzinin foyesində rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərlə və istehsal olunan yerli məhsulların sərgisi ilə tanış olmuşlar.
Hesabat yığıncağını Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açaraq yığncağı açıq elan etmiş, yığncağın iki nəfərdən ibarət katibliyinin tərkibini seçmiş və hesabat məruzəsini iştirakçıların diqqətinə çatdırmışdır.
Məruzəni dərc edirik
Hörmətli yığıncaq iştirakçıları,
Bildiyiniz kimi, yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Dövlət başçısı iclasda bildirilmişdir ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşmişdir. Əlbəttə, bizi ciddi narahat edir. Lakin sevindirici haldır ki, 2015-ci ildə ölkəmiz uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Azərbaycan bundan sonra da regionda və bütün dünyada sabitləşdirici rol oynamağa çalışacaqdır.
Bunlarla yanaşı, əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Azərbaycan bu münaqişənin həlli ilə bağlı öz mövqeyini bundan sonra da müdafiə edəcəkdir. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. Azərbaycan bu istiqamətdə öz siyasətini aparacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir.
2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Çünki neftin qiyməti 3-4 dəfə aşağı düşmüş, manatın məzənnəsi devolvasiyaya uğramışdır. Burada ilk növbədə siyasi amillər öz rolunu oynamışdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək.
Buna baxmayaraq Azərbaycanda ötən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu bizi sevindirir, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədədir, bu da çox müsbət haldır. Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım almışdır. Sosial infrastruktur layihələr icra olunmuşdur. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi, 20-dən çox məktəb tikilib-təmir edilmiş, hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam etdirilir. Bu işlər bu ildə davam etdirilməlidir. Regionların inkişafı 2015-ci ildə surətlə getmişdir. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Lakin bununla yanaşı iş yerlərinin yaradılması ilə bağlı bu il əlavə tədbirlər görüləcəkdir.
Azərbaycanda demoqrafik vəziyyət müsbətdir. 2015-ci ildə əhalinin sayı 114 min nəfər artmışdır. Keçən il Türkiyənin Qars şəhərində TANAP layihəsinin əsası qoyulmuş və işlər uğurla davam etdirilir. Ötən il ölkəmizin həyatında tarixi hadisə baş vermiş və ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Azərbaycan komanda hesabında ikinci yeri tutmuş, idmançılarımız 56 medal qazanmışlar ki, onlardan 21-i qızıl medaldır.
Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Odur ki, biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik. Xüsusi ilə qeyri-netf sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir. Eyni zamanda yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Biz ölkəmizin valyuta ehtiyatlarını qorumalıyıq.
Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Bu doğrudanda da böyük nailiyyətdir. Sahibkarlara güzəştli kreditlər verilməsi davam etdirilməlidir.
Bu il bütün sosial proqramlar tam icra ediləcəkdir. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulmuşdur. Ötən il 15 min köçkün yeni evlərə köçmüşdür, bu siyasət davam etdiriləcəkdir.
Hörmətli toplantı iştirakçıları,
Qazax rayonu üzrə 2015-ci ilin yerli gəlir və xərclərinin proqnozu 21019000 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 6716000 manatını yerli daxilolmalar, 14303000 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 32,0 faiz, dotasiya isə 68,0 faiz olmuşdur.
2015-ci ildə yerli daxilolmalar 6716000 manat proqnoza qarşı 6.891.349 manat və ya 102,6 faiz yerinə yetirilərək büdcəyə 175349 manat çox vəsait mədaxil olmuşdur. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 1265959 manat və ya 22,5 faiz çox vəsait daxil olmuşdur.
Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 84,6 faiz icra olunmuşdur.
2015-ci ildə yerli gəlirlər 90,5 faiz yerinə yetirilmiş, illik yerli xərclər 89,0 faiz icra olunmasına baxmayaraq yerli gəlir və xərclərdən maliyyələşən təşkilatlardan faktiki tələbatı tam ödənilmişdir. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir.
Rayon ərazisində 7 ədəd özəl bank filialı, 1 ədəd özəl bank şöbələri,1 ədəd kredit ittifaqı və 4 ədəd bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Ötən il ərzində 131 sahibkarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1437200 manat verilmiş kreditlər hesabına 2015-ci ildə 243 yeni iş yerləri açılmışdır .
Hesabat ilində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların miqdarı 39300000 manat, ümumi məhsul buraxılışı 160055000 manat olmuşdur.
Adambaşına düşən ümumi məhsulun həcmi 1.692 manat, orta aylıq əmək haqqı 265 manat olmuşdur. Əhalinin pul gəlirlərinin artması hesabına rayonumuzun yaşayış məntəqələrində 188 fərdi yaşayış evləri tikilmişdir.
Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də uğurla davam etdirilmişdir.
Belə ki, Azadlıq küçəsində 1300 m2-a yaxın, Heydər Əliyev prospektində isə 1250 m2 tamet plitələr və 1200 p/m səki daşları qoyularaq 600 m2-dən çox qazon və güllüklər yaradılmışdır. Bakı-Tbilisi magistral avtomobil yolunun kənarında yerləşən 5 mərtəbəli yaşayış binasının fasad hissəsinə vurulmuş 1480 m2 penoplast üzlüklər sökülərək tikinti normalarına cavab verən materiallarla suvanmış və rənglənərək sakinlərin istifadəsinə verilmişdir. Şəhər ərazisində 9400 m2 divar və dam örtükləri, 420 m2 (84 ədəd) dəmir darvazalar, 7730 p/m beton bardürlər rənglənmişdir.
Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə cavab verən "Tarix -Diyarşünaslıq" və Bayraq Muzeylərinin tikintisinə başlanılmışdır.
Heydər Əliyev prospekti, Azadlıq, F.Şamoyev, Bakı, Ə.Şıxlinski, M.P.Vaqif, S.Vurğun, Ə.Seyidov, M.Carçıyev, Ə.Dilbazi küçələrində və N.Nərimanov yaşayış massivində 6800 m2 asfalt örtüyü təmir edilmişdir. Bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir. Rayonun kənd yaşayış məntəqələrində 40 km-dən çox kəndaxili yollara qum-çınqıl döşənmişdir.
Respublika Prezidentinin Sərəncamına uyğun 2015-ci ildə qazıntısı nəzərdə tutulan 9 ədəd subartezian quyularının qazıntısı başa çatdırılmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. 2016-cı ildə 5 ədəd subartezian quyusunun qazılması işləri nəzərdə tutulmuşdur.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılmışdır.
Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə yaşayış evlərinin bütün infrastrukturlarla tikintisi məqsədilə sənədləşmə işləri aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır. Müvəqqəti olaraq işlər dayandırılmışdır. Yaxın vaxtlarda işlərə başlanılacaqdır.
Yaponiya Səfirliyinin dəstəyi ilə Daş Salahlı həkim məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi qaydada 13 yaşayış evinin tikintisi başa çatdırılmışdır. Həmin evlərdən 8-i istifadəyə verilmişdir.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və baxılmaq üçün Fövqəladə Hallar Nazirliyinin Ekspertiza şöbəsinə göndərilmişdir. Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Qazax Konserv zavodunda 2014-cü ildə tikintisi başlanılmış yeni kartof anbarında işlər tamamlanmışdır. Hər biri 480m2 olmaqla 4 anbar və 504 m2-lik beşinci anbar sahələri uyğun olaraq avtomatik idarə olunan soyutma, havalandırma və isitmə sistemləri ilə təchiz edilmişdir. Son texnologiyalar əsasında tikilib istifadəyə hazır vəziyyətə gətirilmiş bu anbar 5500 ton təzə kartofun müasir üsullarla öz keyfiyyətinin qorunaraq saxlanmasına imkan verir.
İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan Qazax Sement zavodunun birinci hissəsində tikinti işləri başa çatdırılmış, ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir.
"Saloğlu" mebel firmasının ikinci hissəsi istifadəyə verilmiş və 153 nəfər işlə təmin olunmuşdur.
Hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni Əhəng zavodlarının tikintisiə başlanılmışdır. Həmin zavodlarda 300-ə yaxın yeni iş yerləri açılacaqdır.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işlərinə başlanılmışdır. Bu istiqamətdə işlər davam edir.
Bərpa Agentliyi tərəfindən Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 p/m istinad divarları inşa olunur.
Azərbaycan Kənd İnvestisiya layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Regionların inkişaf proqramına əsasən Qazaxbəyli kəndində kənd qəbiristanlığında 8x4 ölçüdə talvarın quraşdırılması, 680 m uzunluğunda yeni hasarın çəkilməsi, 1 ədəd barmaqlıqdan darvazanın quraşdırlması işləri başa çatmışdır. Hazırda Qaymaqlı kəndində kənd qəbiristanlığında 8x4 ölçüdə talvarın quraşdırılması, 1000 m uzunluğunda yeni hasarın çəkilməsi, 1 ədəd barmaqlıqdan darvazanın quraşdırlması, yeni bulağın çəkilməsi, Daş Salahlı kəndində 4500 m uzunluğunda yeni su xəttinin çəkilməsi, 8 ədəd bulağın tikintisi başa çatdırılmışdır.
Hörmətli toplantı iştirakçıları,
2015-ci ildə rayonumuzda olan 47980 nəfər iqtisadi fəal əhalinin 47170 nəfəri iqtisadiyyatda məşğul olanlardır.
Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. Belə ki, 2003-cü ildən bu günədək rayon üzrə 290 müəssisə yaradılmış 10130 daimi olmaqla 12498 yeni iş yeri, 2015-ci ildə rayonda 17 yeni müəssisə yaradılaraq 493-ü daimi olmaqla 753 yeni iş yeri açılmışdır.
2015-ci il ərzində 146 dövlət və qeyri-dövlət müəssisələrindən 272 boş iş yeri təqdim edilmiş, 464 nəfər Qazax rayon Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 322 nəfər iş axtaran kimi qeydiyyata alınmış və 206 nəfər münasib işlə təmin olunmuşdur.
Qazax rayon Məşğulluq Mərkəzi 2016-cı ildə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri ilə daha sıx əlaqə yaratmalı və müraciət etmiş vətəndaşları vaxtında qeydiyyata almaqla işlə təmin olmalarına lazımi köməklik göstərməlidir.
Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar qəbul edilmiş Sərəncam və Qərarların icrasının nəticəsidir ki, 2015-ci ildə biçilmiş 6.040 hektar sahədən 18217 ton taxıl istehsal olunmuşdur. Orta hesabla hər hektardan məhsuldarlıq 4,6 sentner artırılaraq 30,2 sentnerə çatdırılmışdır. Mövcud şum traktorlarından və digər kənd təsərrüfatı texnikalarından səmərəli istifadə olunaraq kifayət qədər şum qaldırılmışdır. Bunun nəticəsidir ki, 2016-cı ilin məhsulu üçün 7761 hektarda payızlıq taxıl səpilmişdir. Bunun 5647 hektarı buğdadır.
Bununla yanaşı meyvə istehsalı 99 ton artırılaraq 14284 tona, üzüm istehsalı 208 ton artırılaraq 3822 tona, kartof istehsalı isə 2460 ton artırılaraq 6020 tona çatdırılmışdır.
Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2015-ci ilin iyun ayında 4693 nəfər istehsalçının becərdiyi 12738 hektar sahə üçün 636905 manat yanacaq və motor yağına görə yardım hesablanaraq verilmişdir. İl ərzində istehsalçılara güzəştli qiymətlə 242 ton azot kübrəsi satılmışdır.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması üçün əsas amillərdən biri bitkilərin vaxtında və kifayət qədər suvarma suyu ilə təmin olunmasıdır.
Suvarma Sistemləri idarəsi tərəfindən 2015-ci vegetasiya ilində ayrıcılardan təsərrüfatlara 63,1 milyon kub metr əvəzinə 45,8 milyon kub metr su verilmişdir. Bununla artan yekunla 28536 min hektar əkin sahəsi suvarılmışdır ki, bu da nəzərdə tutulandan az olmuşdur. Bunun səbəbi isə aprel-may aylarında hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar vətəndaşların suvarma suyundan imtina etmələri olmuşdur. Qazax Suvarma Sistemləri idarəsi tərəfindən 2015-ci ildə 795 min kub metr arxlarda lildən təmizlənmə işləri aparılmışdır. Bundan 305000 kub metri Qazax Melioservis idarəsi tərəfindən aparılmışdır. Örtülü suvarma şəbəkələrində Dövlət Proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir.
2015-ci ilin yazında və payızında rayon ərazisində 377500 ədəd müxtəlif növ ağaclar əkilmiş, bunun da 50000 ədədi magistral yol kənarlarına, şəhər və kənd daxilinə, 272500 ədədi isə Meşə Mühafizəsi və Bərpası müəssisəsi tərəfindən əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki xidmət işləri davam etdirilir.
Rayonun Qaymaqlı kəndində yeni yaradılmış fermaya lizinq yolu ilə Almaniyadan "Holstein-Friesian" (holstein frezian) cinsindən olan 75 baş düyə gətirilmiş, həmin düyələrdən 76 baş buzov alınmışdır. Buzovlar sağlam vəziyyətdə yaşayırlar.
Orta Salahlı kəndində 30 min başlıq quşçuluq sexlərinin tikintisi başa çatdırılmış, istehsal və kəsim sexlərinin, həmçinin saxlama kamerasının tikinti işləri davam edir. 50 nəfər üçün daimi iş yerlərinin açılması nəzərdə tutulur.
2015-ci ildə 434 baş iri buynuzlu heyvan süni yolla mayalandirilmış, əvvəlki ildə mayalandırılmış heyvanlardan 354 baş bala əldə edilmişdir. Kəndlərdə heyvandarlıq sahəsində bu işlərin genişləndirilməsi ləng gedir. Odur ki, aidiyyəti idarələr, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri bu işin məsuliyyətini dərk edərək tam ciddiliyi ilə müvafiq tədbirlər keçirilməsini təmin etməlidirlər.
Heyvandarlıq sahəsində zoobaytar tədbirlərin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı artmaqdadır. Belə ki, 2015-ci ildə ötən ilə nisbətən 1.007 ton artıq süd istehsal olunaraq 30000 tona, 249 ton (diri çəkidə) artıq ət istehsal olunaraq 5501 tona və 301000 ədəd çox yumurta alınaraq 11200000 min ədədə, iribuynuzlu mal-qaranın baş sayı 207 baş artaraq 30189 başa çatdırılmışdır.
Dövlət Sosial Müdafiəsi Fondunun rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2015-ci ildə ödəniş müəssisələrinə 27955000 manat vəsait köçürülmüşdür. Bu keçən ilin müvafiq dövrünə nisbətən 143000 manat çoxdur. 2015-ci ildə şöbədə sosial sığorta haqları üzrə yığım proqnozu 82,4 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12000 manat artıq olmuşdur. Hazırda 13954 nəfər pensiyaçılardan hamısı öz pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə alırlar. Pensiya və müavinətlərin ödənilməsində gecikmə hallarına yol verilməmişdir.
2015-ci ildə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7664228 manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Bu rəqəm 2014-cü illə müqayisədə 3106700 manat çoxdur. 2015-ci ildə 2026 ailəyə 2947203 manat ünvanlı sosial yardım təyin edilib ödənilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 19 yanvar 2016-cı il tarixli Fərmanına əsasən 2016-ci ilin 01 fevral tarixindən pensiya və müavinətlərin məbləği artırılmışdır.
Hesabat ili ərzində əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidməti sahələrində də bir sıra işlər görülmüşdür.
Qazax Telekommunikasiya Qovşağı cari ildə planı 100 faiz yerinə yetirmiş və ötən müddət ərzində 53 ədəd yeni telefon xətti çəkilərək vətəndaşların istifadəsinə verilmişdir. Lakin vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq yeni nömrələrin alınması və internet xəttlərinin sürətlərinin nizamlanması məqsədilə Telekommunikasiya qovşağinin rəhbərliyi bu sahəyə diqqəti artırmalı və yuxarı təşkilatlar qarşısında məsələ qaldırmalıdır.
Qazax Poçt filialı 2015-ci il ərzində planı 101 % yerinə yetirərək əhalidən elektrik enerjisi, təbii qaz, su, telefon, vergi və sair pulları qəbul edilib aidiyyəti təşkilatların bank hesablarına köçürmüşdür. Filial tərəfindən müxtəlif ünvanlara 1206 məktub və 516 ədəd bağlama göndərilmiş, 5364 məktub və 2017 bağlama qəbul edilmişdir.
“Qazax-Avtovağzal ”ATSC tərəfindən 2015-ci ildə 306100 sərnişinə xidmət göstərilərək plan 103 faiz yerinə yetirilmişdir.
2015-ci ildə rayonun kəndlərinə işləyən marşurut avtobusları Avtovağzala toplanaraq, oradan hərəkətə başladıqlarından mərkəzi bazarın qarşısında yaranan tıxaclar seyrəlmişdir.
27 saylı Yol İstismar İdarəsi 58 km respublika əhəmiyyətli, 134 km yerli əhəmiyyətli avtomobil yollarına və uzunluğu 914 p/m olan 23 ədəd körpülərə xidmət edir. 2015-ci ildə 355,6 min manat dəyərində yolların saxlanılması məqsədilə təmir və sair işlər görülmüşdür.
Qazax Mənzil İstismar Sahəsinin balansında olan 7 yaşayış binasının dam örtüyündə əsaslı, 12 binanın dam örtüyündə və 21 binanın kanalizasiya sistemində cari təmir işləri aparılmışdır. 2015-ci il ərzində vətəndaşlardan yığılan mənzil xidmət haqqı 101,3 faiz olmuşdur.
Qazax Kommunal Müəssisələri Kombinatı əsasən şəhərin təmizliyi və yaşıllaşdırılması işi ilə məşğul olur. 2015-ci ildə kombinata 212037 manat vəsait daxil olmuşdur.
Göstərilən diqqət və qayğının nəticəsi olaraq Kommunal Müəssisələri Kombinatı öz işlərini daha da yaxşılaşdırmalı və təmizlik işlərini gücləndirməlidir.
Hesabat ilində əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Elektrik Şəbəkəsi tərəfindən 2015-ci il ərzində cəmi pul yığımı 4724000 manat yerinə yetirilmişdir. Ümumi yığım 97,0 faiz, o cümlədən yerli əhali üzrə 99,1 faiz olmuşdur. 2014-cü və 2015-ci illərin göstəricilərini müqayisə edərkən cəmi pul yığımında 308100 manat, o cümlədən yerli əhali sektorunda 136400 manat artım olmuşdur. Bildiyiniz kimi, Dövlət Proqramında Qazax şəhərinin elektrik daşıyıcılarının SİP kabellə əvəz olunması işlərinə başlanılmışdır. Hazırda Qazax şəhərində Birinci Şıxlı və Xanlıqlar kəndlərində istismar vaxtı keçmiş, dəfələrlə təmir olunmuş transformatorların əvəzinə 22 ədəd yeni müasir tipli qapalı TM-ri ayrılmışdır. Həmin transformatorlardan 10 ədədi sxemaya qoşulmuş, onlardan qidalanacaq 0,4 kv-luq xətlərdə 16,6 km uzunluğunda Sipləşmə (Kabelləşmə) işləri aparılmış, 462 ədəd yeni metal dayaqlar quraşdırılmış, 823 ədəd evə giriş xəttləri çəkilmiş və müasir tipli elektron sayğaclar quraşdırılmışdır.
2015-ci il ərzində Qazax rayon Qaz İstismar Sahəsi tərəfindən əhali abonentlərə satılmış təbii qazın yığım faizi 93,8 faiz olmuşdur. 3291001 manat vəsairt toplanmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 93838 manat çoxdur.
Rayon üzrə qazlaşma 100 faiz başa çatdırılmışdır. Ümumillikdə 2015-ci ildə 173 nəfər yeni abonent təbii qazla təmin edilmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2015-ci il ərzində 69 abonentə yeni su xətti çəkilmiş, 5927 abonentə xidmət göstərilmiş və 450188 manat vəsait toplanmışdır. Bu da satışın 98,9 faizini təşkil edir. 2014-cü illə müqayisədə 10069 manat çox vəsait toplanmışdır.
Su Quyularının İstismarı İdarəsinin Qazax İstismar sahəsinin balansında 137 ədəd subartezian quyusu vardır. 94 ədəd subartezian quyusunda cari təmir işləri aparılmışdır.
Qazax şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə torpaqayırma və layihə sənədləri hazırlanmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 ümumi orta, 7 ibtidai məktəbdə 11439 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olmuşdur. 2015-ci ildə 831 nəfər XI sinif məzunlarından 520 nəfəri TQDK-ya sənət vermiş onlardan 290 nəfəri ali məktəblərə, 55 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşlar. Qəbul olmuş məzunlardan 59 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Hüseynbəyli kənd tam orta məktəbinin 1 nəfər məzunu qızıl medal almış və Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Məzunlardan 19 nəfəri respublikanın Ali Hərbi və xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmuşdur.
Ötən müddət ərzində təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Dövlət Proqramının icrası nəticəsində hazırda hər 20 şagirdə bir kömpüter düşür. Rayonun 26 məktəbi internet şəbəkəsinə qoşulmuşdur.
Ölkə Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə reallaşan "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 2015-ci ilin mart ayında 10 nəfər məktəblinin Naxçıvan bölgəsinə, 2015-ci ilin noyabr ayında isə 35 nəfərin Lənkəran-Astara bölgəsinə ekskursiyası təşkil olunmuşdur.
Şagirdlərin məktəbə davamiyyətini öyrənmək məqsədilə vaxtaşırı reydlər keçirilmişdir.
5 oktyabr - Müəllimlər günü münasibətilə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Daş Salahlı kənd 1 saylı tam orta məktəbin xarici dil müəllimi S.Xəlilova "Tərəqqi medalı" ilə təltif olunmuş və 2015-ci ildə Respublika üzrə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olaraq 5000 manat pul mükafatı almışdır.
Qazax RMX-nın nəzdində 135 çarpaylıq şəhər xəstəxanası, 30 çarpaylıq Doğum evi, 30 çarpaylıq Uşaq Xəstəxanası, 1 Təcili Yardım stansiyası, 3 poliklinika, 100 çarpaylıq Ruhi Xəstəxana, 2 kənd xəstəxanası, 16 həkim məntəqəsi, 17 tibb məntəqəsi və Müalicə Diaqnostika Mərkəzi faəliyyət göstərir.
2015-ci ildə Azərbaycan Respublikasi Prezidentinin tapşırıq və tövsiyyəsi əsasında rayon əhalisi kütləvi olaraq tibbi müayinələrə cəlb olunmuş, müayinə nəticəsində 3.269 nəfər ambulator, 427 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 59 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir. Həmçinin rayonda keçirilmiş qan vermə aksiyasında 70 litr qan tədarük olunaraq "Mərkəzi Qan Bankı"na göndərilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 2015-ci ildə 56 mədəni-kütləvi tədbir, bayram konsertləri, şənliklər, yubileylər, sərgilər, əlamətdar günlər və müsabiqələr keçirilmişdir.
Qazax rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş abidələrin 2001-ci ildə təsdiq olunmuş siyahısında 112 daşınmaz tarix və mədəniyyət abidələri vardır. Bunlardan 45-i memarlıq, 54-ü arxeoloji, 7-si monumental və xatirə, 5-i isə dekorativ tətbiqi sənəd nümunələridir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin 16-21 dekabr tarixində Şəki şəhərində Prezident Kuboku uğrunda X çövkən milli oyunları keçirilmişdir. Tədbirdə 21 rayon Mədəniyyət və Turizm şöbələrinin çövkən oyunu üzrə nümayəndə heyətləri iştirak etmişlər. Keçirilmiş oyunlarda Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin nümayəndə heyəti "Baharbənd" milli oyununda birinci yeri tutduğuna görə Diplomla təltif olunmuşdur.
2015-ci ildə Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin işi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirilərək şöbənin məsləhətçisi N.Əliyeva, Mərkəzi Kitabxananın direktoru S.Babanlı və Çaylı kənd mədəniyyət evinin direktoru M.Məşədiyev mədəniyyət sahəsindəki uzun müddətli, səmərəli fəaliyyətlərinə görə "Fəxri Mədəniyyət İşçisi" döş nişanına layiq görülmüşlər.
Hörmətli toplantı iştirakçıları,
Qazax rayon Gənclər və İdman idarəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Dövlət Gənclər siyasəti haqqında” Qanununun və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar 2015-ci ildə gənclərlə iş sahəsi üzrə 17, bədən tərbiyəsi və idman sahəsi üzrə 33 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 5432 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
2015-ci il ərzində beynəlxalq yarışlarda idmançılarımız 18, Respublika yarışlarında isə 65 dəfə mükafata layiq yerlər tutmuşlar. İdmançılarımızdan Qismət Vəkilov, İsrafil Məmmədov, Pənahzadə Tapdıq, Mahir Əmiraslanov, Nemət Vəkilov, Sona Məmmədova, Günel Əlizadə, Həsən Həsənov, Elşən Eyyubov, Ceyhun Məmmədli, Fərid Məmmədov, Əsgər Məmmədəliyev və Elnarə Abbasova daha yaxşı nəticələr göstərmişlər.
Rayonda 7 siyasi partiya, 23 ictimai birlik və 4 dini icma fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının 7560 nəfər, digər partiyaların isə cəmi 390 nəfər üzvü vardır. Fəaliyyət göstərən İctimai siyasi birliklər, dini icmalar KİV-lər haqqında məlumat bazasının təkmilləşdirilməsi, toplanmış materialların təhlili istiqamətində xeyli işlər görülmüşdür. Hesabat ilində “Göyəzən” rayon qəzeti redaksiyası tərəfindən görülmüş işlərin vəziyyəti qənaətbəxş olmuşdur.
2015-ci ildə gənclərin ordu sıralarına çağırışı və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə imzaladığı Fərmanlara müvafiq olaraq Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiq hərbi xidmətə çağırışı ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən çağırışçıların təyin olunduqları hərbi hissələrə göndərilməsi tam mütəşəkkil və vaxtında təmin edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsaitlərin toplanması ilə bağlı aparılmış məqsədyönlü işlərin nəticəsidir ki, 2015-ci ildə ümumilikdə 25811,31 manat vəsait köçürülmüşdür.
Əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də yerli İcra Hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti təmin edilmişdir. Hesabat ilində rayonda mövcud olan kriminogen vəziyyətin təhlili və qanun pozuntularına qarşı aparılan mübarizə tədbirlərinə dair rayonun hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər qanunun aliliyini, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı barışmaz mübarizəni təmin etmək zəruri tədbirlərdən biri kimi hesab edilir. Qazax rayonu ərazisində 2015-ci ildə 239 cinayət hadisəsi baş vermişdir. Qeydə alınmış cinayətlərin 91,2 faizinin açılması təmin olunmuş, 26 cinayət işi bağlı qalmışdır. 2015-ci ildə istintaq və məhkəmə orqanlarından yayınan 28 nəfər şəxs axtarışda olmuş, keçirilmiş tədbirlər nəticəsində onlardan 23-ü tutularaq aidiyyəti orqanlara təhvil verilmişdir.
Hesabat dövrü ərzində 12 narkotik faktı həyata keçirilmiş tədbirlər nəticəsində aşkar edilmiş, 1 kq 89 qram narkotik vasitə dövriyyədən çıxarılmışdır.
2015-ci ildə Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən 92 ədəd müxtəlif növ hərbi sursatlar zərərsizləşdirilmişdir.
Şəhərin və rayonun kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin və yerli İcra Hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının fəaliyyətində müsbət dönüş yaradılmışdır. Bələdiyyə torpaqlarından və onların mülkiyyətində olan əmlaklardan qanunvericiliyə uyğun olaraq istifadə olunmasına müntəzəm nəzarət olunur. Bu barədə müvafiq məlumatlar müəyyən edilmiş qrafikə uyğun olaraq RİAİS-ə ötürülür.
Qazax rayonunun ümumi istifadəsində olan 69229 hektar torpaq sahəsinin 15402 hektar dövlət mülkiyyətində saxlanılmış, 29353 hektarı bələdiyyə mülkiyyıtində, qalan 24474 hektarı isə xüsusi mülkiyyətə verilmişdir.
2015-ci ildə Rayon İcra Hakimiyyətinə 877 müraciət daxil olmuşdur. Müraciətlərdən 299-u Prezidentin Administrasiyasına, 19-u Milli Məclisə, 17-i Nazirlər Kabinetinə, 54-ü respublikanın digər təşkilatlarına, 423-ü isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir.
Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi cari ilin may ayında yaradılmış və il ərzində icra hakimiyyətinə daxil olmuş 877 müraciət elektron informasiya sisteminə daxil edilmişdir.
2015-ci ildə rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 43,3 faizi mərkəzi orqanlardan, 56,7 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 17,5 faizi müsbət həll olunmuş, 4,1 faizi qismən həll olunmuş, 1,2 faizi əsassız sayılmış, 77,0 faizinə müvafiq izahat verilmiş, 0,2 faizi aidiyyəti üzrə göndərilmişdir.
RİHB yanında şuranın 32 şura iclası keçirilmiş, 32 məsələ müzakirə olunmuşdur.
Hörmətli toplantı iştirakçıları,
Bildiyiniz kimi, 01 noyabr 2015-ci il tarixdə ölkəmizdə beşinci çağırış Milli Məclisə seçkilər keçirilmişdir. 107 Qazax DSK və 106 Tovuz-Qazax-Ağstafa DSK-ları nəzdində 45 seçki məntəqəsi mövcud olmuşdur. Rayon üzrə ümumilikdə 59.199 nəfər seçici vardır. 107 saylı Qazax DSK nəzdindəki 38 seçki məntəqəsi üzrə seçicilərin sayı 45491 nəfər olmuş, ilk dəfə səs verən seçicilərin sayı isə 488 nəfər təşkil etmişdir. 107 saylı Qazax DSK-da öz hesabına namizədin təyinatı əsasında və siyasi partiyaları təmsil edən cəmi 614 nəfər müşahidəçi qeydiyyatdan keçmişdir.
10 seçki məntəqəsində VEB kamera quraşdırılmışdır. 01 noyabr 2015-ci il tarixdə keçirilmiş seçkilərdə 107 saylı Qazax DSK-da 6 nəfər qeydə alınmış namizəd iştirak etmiş, 45491 nəfər seçicidən 23840 nəfəri seçkilərdə iştirak etmiş və bu səslərdən 14881 seçicinin səsini qazanmış Nəbizadə Kamran Telman oğlu səsvermədə iştirak edən seçicilərin 62,42 faiz səs çoxluğu ilə Milli Məclisə Deputat seçilmişdir. Səsvermənin hazırlanması və keçirilməsi prosesi yüksək səviyyədə təşkil olunmuş və heç bir qanun pozuntusuna yol verilməmişdir.
2015-ci ildə təsdiq edilmiş qrafik üzrə rayon İcra Hakimiyyəti başçısının qəbulunda 337 nəfər və 50 səyyar görüşlər zamanı keçirilən qəbullarda 28065 nəfər rayon sakini iştirak etmişdir. Qəbullar rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə təşkil olunur. Rayon mərkəzində və kəndlərdə keçirilən səyyar qəbullarda 546 nəfər müraciət etmiş, 366 təklif irəli sürülmüş, 180 məsələ həllini tapıb, 167 nəfərin müraciəti əsasında aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmış, 19 nəfərin müraciəti əsasında isə müvafiq işlər aparılır.
2016-cı ilin yanvar ayından başlayaraq rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində hesabat seçki yığıncaqları keçirilmişdir. Hesabatlar şəhər və kənd sakinlərinin yüksək fəallığı ilə keçirilmiş, yığıncaqlarda söylənilmiş təkliflər ümumiləşdirilərək rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə təqdim olunmuşdur. Təkliflər əsasən yeni uşaq bağçaları və körpələr evinin, həkim məntəqələrinin tikilməsi, kəndarası yolların təmir edilməsi, içməli və suvarma suyu ilə təmin olunmaları, Kür çayı sahili boyunca sahilbərkitmə işlərinin davam etdirilməsi, məcburi köçkünlərin və imtiyazlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış binalarının tikilməsi və kəndlərdə yeni artezian quyularının qazılmasına dair olmuşdur.
Hesabat ili ərzində rayon İcra Hakimiyyəti başçısı tərəfindən həvalə olunmuş vəzifəni lazımı şəkildə yerinə yetirmədiyinə görə 1 nəfərə töhmət verilmişdir.
Hesabat ilində rayon İcra Hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində dövlət idarəçiliyinin müasir stil və metodlarından istifadə olunmuş, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və “Dövlət Qulluğu haqqında” Qanununa uyğun olaraq işlər yerinə yetirilmişdir.
2016-cı ildə qarşımızda bir çox vəzifələr durur. Belə ki, rayonun sosisal-iqtisadi inkişafı sahəsində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur :
- Üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi;
- Kosalar avtomobil yolunun asfaltlaşması ;
- Rayonda yeni tikintisinə, təmir və bərpa-gücləndirmə işlərinə ehtiyacı olan məktəblərin tikintisi və təmiri ;
- Yeni körpələr evi uşaq bağçasının tikintisi ;
- Qəzalı vəziyyətdə olan çoxmənzilli kommunal yaşayış binalarının sakinləri üçün yeni yaşayış binalarının tikintisi;
- Məcburi köçkün və imtiyazlı ailələr üçün yeni yaşayış binalarının tikintisinin davam etdirilməsi ;
- Beynəlxalq avtomobil yolunun hər iki tərəfində, eləcə də şəhərin küçələri boyunca geniş abadlıq işlərinin aparılmasının sürətləndirilməsi ;
- Magistral avtomobil yollarının kənarında və rayonun digər ərazilərində ağac əkilməsi işlərinin davam etdirilməsi ;
- Qazax şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün tikinti işlərinə başlanılması ;
- Qazax şəhərində elektrik verilişi xətlərinin SİP kabellə dəyişdirilməsi işlərinin davam etdirilməsi;
- Yeni artezian quyularının qazılması və sairə;
Hörmətli toplantı iştirakçıları !
Yekunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin etmək istəyirik ki, 2015-cü ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvəmizi səfərbər edərək daha uğurlu nəticələr əldə edəcəyik və Dövlət Başçısının Qazax rayonuna göstərdiyi diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik.
Diqqətinizə görə sağ olun!
Yığıncaqda Rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov, Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev və Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə inkişafın təmin edildiyini, Qazax rayonunda görülmüş işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunmuşdur.