Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənc Könüllülər” “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində növbəti maarifləndirmə işi aparıblar

09 iyun 2020 | 16:00

Artıq xeyli müddətdir ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) vətəndaşlar arasında "Bir-birimizi qoruyaq” adlı sosial kampaniyaya start verib. Mərkəzin həyata keçirdiyi aksiyanın əsas məqsədi isə karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə işi aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.
AKƏM-nin başlatdığı "Bir-birimizi qoruyaq” kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i növbəti maarifləndirmə işi aparıblar.
Kampaniya çərçivəsində gənclər əhalinin kütləvilik təşkil etdiyi bank filiallarının qarşısında vətəndaşlar arasında maarifləndirmə işləri aparmaqla yanaşı, sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və tibbi maskalar da paylayıblar.
"Gənc Könüllülər” Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında  iştirak edərkən tibbi maskadan istifadə etməsinin hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğunu bildiriblər. Gənclər sakinləri öz şəxsi məsuliyyətlərini hiss etməyə, Operativ Qərargahın xüsusi karantin rejimi qaydaları ilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırıblar.

Keçidlər