Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn şeir müsabiqəsinin qalibləri təltif olunublar

12 iyun 2020 | 16:00

Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi yazılmış 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş onlayn şeir müsabiqəsinin qalibləri bəlli olub.
1 iyun 2020-ci il tarixdən başlanılan müsabiqədə Qazax rayon məktəbliləri fəal iştirak edərək, xalqımızın Qurtuluş mübarizəsinin qalibi - ulu öndər Heydər Əliyevə və Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər. Müsabiqə iştirakçılarının qiymətləndirilməsi və seçilməsi üçün yaradılan beş nəfərdən ibarət münsiflər heyəti şagirdləri dinləyib və qalibləri müəyyən ediblər.
Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VIII sinif şagirdi Camalova Sədaqət Xəyal qızı I yerə, Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin VIII sinif şagirdi Bənnayeva Aysu Məmməd qızı II yerə, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin II sinif şagirdi Məmmədova Ayan Azər qızı III yerə layiq görülüblər.
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində onlayn şeir müsabiqəsinə yekun vurularaq müsabiqə iştirakçılarının mükafatlandırılması təşkil edilib. Mərkəzin ekspozisiya zalında Münsiflər heyətinin üzvləri MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü müsabiqədə I,II,III yerə layiq görülmüş iştirakçılara Fəxri Fərman və hədiyyə təqdim ediblər. Sonda qaliblər şeirlərini bir daha söyləyiblər. Həmçinin müsabiqədə fəal iştirak edən digər məktəblilərə də Fəxri Fərmanlar təqdim olunub.
Onu da qeyd edək ki, tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə əməl olunmaqla həyata keçirilib. Tədbirdə 10 nəfərdən artıq iştirakçı olmayıb, iştirakçılar tibbi maska və əlcəklə təmin edilib, sosial  məsafə gözlənilib.

 

Keçidlər