Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn videokonfrans keçirilib

12 iyun 2020 | 16:00

Bu gün Qazaxda Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun təşəbbüsü, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Gənclər Birliyinin, Rayon Gənclər və İdman İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn videokonfrans keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovanın, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyevin, YAP Səbail Rayon Təşkilatının gənclər üzrə baş məsləhətçisi Lamiyə Hacızadənin, rayonda çalışan fəal gənclərin və “Gənc Könüllülər”in iştirakı ilə baş tutan videokonfransda xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günündən, həmin günü Azərbaycan xalqına bəxş edən ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərindən söhbət açılıb.
Deputat köməkçisi Akif Əmirov videokonfransı giriş sözü ilə açaraq Milli Məclisin deputatı Səməd Seyidovun adından iştirakçıları salamlayıb və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə səmimi təbriklərini çatdırıb.
Deputat köməkçisi tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu bildirib. Qeyd edib ki, bu gün hər bir Azərbaycan gənci 1993-cü ilin 15 iyun gününü Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılan bir tarix olaraq qəbul edir. Çünki həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Deputat köməkçisi vurğulayıb ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Bu gün Ulu Öndərin siyasətini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan daha böyük uğurlara imza atır. Ümummilli liderin ideyaları yaşayır və dahi şəxsiyyətin gələcək nəsillərə miras qoyduğu Azərbaycan güclü dövlət kimi öz sözünü deməyi bacarır.
Deputat köməkçisi həmçinin ulu öndər Heydər Əliyevin həyat yolu və fəaliyyəti, onun gənclərə göstərdiyi diqqət və qayğı barədə də danışıb. Dahi şəxsiyyətin gənclərə, gənc kadrların irəli çəkilməsinə hər zaman böyük dəyər verdiyini, ölkəmizdə həmişə gənclər siyasətinin uğurla inkişaf etməsi üçün böyük səylə çalışmasını qeyd edib. Həmin siyasətin bu gün istər ölkə başçısı İlham Əliyev, istərsə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də layiqincə davam etdirildiyini bildirib. Ölkə rəhbərinin və dövlətin gənclərə olan qayğısının bölgələrdə də hiss edildiyini, rayon rəhbərliyinin gənclərə olan qayğısının daim şahidi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək ulu öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini gənclər ordusuna verilən ən böyük qiymət kimi dəyərləndirib. Azərbaycan gənclərinin vətənpərvərliyindən danışan natiq ölkəmizdə hökm sürən koronavirus pandemiyası ilə mübarizədə gənclərimizin, xüsusilə də gənc könüllülərin əsl vətənpərvərlik və fəallıq nümayiş etdirdiklərini qeyd edib.
M.Məcidova Avropa İttifaqının maliyyə dəstəyi, UNİSEF-in, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakının Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz Rayon İcra hakimiyyətləri yanında gənclərin yerli məşvərət şuralarının yaradılmasından da söz açıb. Həmin layihə çərçivəsində şuraya seçilən gənclər üçün geniş imkanlar açıldığını bildirən şura sədri həmin layihəni gənclərə olan dövlət qayğısının daha bir bariz nümunəsi kimi göstərib. 
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi məzh Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədilə dövlət başçısı tərəfindən 1994-cü ilin 26 iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. V.Nəbiyev həmin siyasətin bu gün də Heydər Əliyev siyasi kursuna layiq şəkildə davam etdirildiyini bildirib və bunun əyani sübutu kimi də ölkə başçısının gənclərə olan qayğısını nümunə çəkib.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsi ilə yaddaşlara yazılan Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna yer tutduğunu diqqətə çatdırıb. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan natiq həmin siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıb. Ölkəmizdə yaşanan mövcud vəziyyətlə əlaqədar fikirlərini çatdıran İ.Süleymanov Mərkəzin könüllülərinin pandemiya dövründə istər ərzaq yardımlarının çatdırılmasında, istər vətəndaşların maarifləndirilməsində yaxından və fəal iştirak etdiklərini bildirib.
YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb. YAP gəncləri olaraq hər zaman Ulu Öndərin ideyalarına sadiq qaldıqlarını, dahi şəxsiyyətin gənclər siyasətini layiqincə davam etdirən ölkə başçısının ətrafında sıx birləşdiklərini söyləyib.
Səbail Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev çıxış edərək videokonfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə səmimi arzularını çatdırıb. Natiq çıxışında qeyd edib ki, bünövrəsi zəif qurulmuş hər bir şey dağılmağa məhkumdur. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Azərbaycanın bünövrəsi qoyulan illərdə məhz ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. Bugünkü gündə ölkəmizin inkişafı, gənclərə olan qayğı, ölkə Prezidentinin gənclər siyasətini uğurla davam etdirməsi həmin düzgün bünövrəyə söykənir.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva videokonfrans iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü kimi tariximizə yazılan şanlı gün münasibətilə təbrik edərək Ümummilli Liderin bizlərə miras qoyduğu müasir, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə uğurlar arzulayıb. 
Gənclərdən Pəri İbrahimova, Coşqun Süleymanlı, Ülvi Zeynalov qeyd ediblər ki, 15 İyun - Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıcı oldu. Respublika Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir, ölkəmizdə gənclərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Biz qazaxlı gənclər də hər zaman həmin qayğını hiss edirik. Ölkə başçısının biz gənclərə olan inam və etimadını doğrultmaq üçün böyük səylə çalışır, Ulu Öndər ənənələrinin yaşadılması üçün gənclər olaraq ölkə başçısının ətrafında sıx birləşməyə hazırıq. Gənclər ordusu olaraq hər zaman dövlətimizin və ölkə rəhbərinin yanındayıq.

 

Keçidlər