Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı çoxmənzilli yaşayış binalarında aparılan son tamamlanma işləri ilə tanış olub

17 iyun 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Respublikamızda həyata keçirilən bu işlər, xüsusilə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı təmir edilir. Bu işlər sayəsində bu gün rayonda mövcud olan 164 çoxmənzilli yaşayış binasından 120-ə yaxın bina günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.
Binaların təmiri bu il də uğurla davam etdirilir. Hazırda şəhərin Şəhidlər Xiyabanı küçəsində yerləşən binalarda aparılan son tamamlanma işləri də bunu əyani şəkildə sübut edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri yekunlaşmaqda olan həmin binalarda olub, görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda son tamamlanma işləri görülür. Artıq binaların bloklarında giriş hissədə olan çardaqlar da yenidən qurulub.
Qeyd edək ki, hər iki binanın bloklarında astar-üzlük vurulub, blokların giriş hissəsinə dəmir qapılar qoyularaq rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb.

Ş.Xiyabanı 25 saylı bina

Ş.Xiyabanı 27 saylı bina

Keçidlər