Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı "Gənc Könüllülər”dən vətəndaşlara növbəti çağırış

18 iyun 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın "Bir-birimizi qoruyaq” çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) həmin ad altında start verdiyi kampaniya Qazaxda da uğurla həyata keçirilir.
Həmin aksiyada fəal iştirak edən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i əhalinin çox olduğu müxtəlif məkanlarda - ictimai iaşə obyektlərində, dayanacaqlarda koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində “Burada qaydalara riayət olunur”, "Bir-birimizi qoruyaq”, "Aralı əyləşin, sağlam olun” təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıb, məlumatlandırıcı flayerlər paylayıblar.
"Gənc Könüllülər” "Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizi altında vətəndaşlara növbəti çağırış ediblər.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.

Keçidlər